4-5 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq.
Yarmarkanın məqsədi yerli fermerlərə dəstək göstərmək, onların məhsullarının satış imkanlarını artırmaq və şəhər sakinlərini sağlam, təbii kənd məhsulları ilə təmin etməkdir.
Tədbirdə 20-ə yaxın regiondan 40-a yaxın fermer iştirak edəcək. Onlar 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu birbaşa satışa çıxaracaqlar.
Satışa təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları analiz etdirə bilərlər.
Yarmarka 2 gün müddətində, saat 09:00–19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.
Qeyd edək ki, yarmarkaya qoşulan fermerlər piştaxta, tərəzi, soyducu, selofan paket digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
İşğaldan azad edilmiş ərazilərdə keçirilən təlimlərin növbəti mərhələsi başa çatıb
02 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyul ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
02 Iyul 2026
İşğaldan azad edilmiş ərazilərə 249 min başdan çox xırdabuynuzlu heyvan və 185 mindən çox arı ailəsi köçürülüb
02 Iyul 2026
Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirib
01 Iyul 2026
Neftçalada Xəzər dənizinə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
01 Iyul 2026