Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi prosesi çərçivəsində təşkil olunan təlimlərin növbəti mərhələsi yekunlaşıb. Bu mərhələ üzrə Xocalı rayonu Təzəbinə və Xanabad kəndlərində keçirilən təlimlərdə 100 nəfər uğurlu nəticə göstərərək “Müvəffəqiyyət sertifikatı”na layiq görülüb. Ağdərə rayonu Suqovuşan qəsəbəsində təşkil olunan təlimlərdə isə 121 nəfər sertifikatla təltif olunub.
Sessiyalar zamanı iştirakçılara elektron kənd təsərrüfatı sistemlərinin tətbiqi, meyvəçilik və tərəvəzçilik sahəsində müasir yanaşmalar, bitkiçilik və əkinçilik texnologiyaları, heyvandarlıqda düzgün bəslənmə və saxlanma şəraiti, cins seçimi və məhsuldarlığın artırılması yolları barədə geniş məlumat verilib. Eyni zamanda kənd təsərrüfatı texnikalarından səmərəli istifadə, təsərrüfatın düzgün təşkili, müasir suvarma sistemləri, yem bitkilərinin becərilməsi və iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirləri kimi vacib mövzular da əhatə olunub.
Həmçinin interaktiv formada təşkil olunan təlimlərdə azad edilmiş ərazilərdə fəaliyyət zamanı nəzərə alınmalı davranış qaydaları, dövlətin kənd təsərrüfatına göstərdiyi dəstək mexanizmləri və mövcud imkanlardan istifadə yolları ətraflı şəkildə izah edilib.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən bu günədək işğaldan azad edilmiş ərazilərdə — Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərində, Xocalı rayonunun Ballıca, Təzəbinə, Xanabad və Xanyurdu kəndlərində, Laçın rayonunun Zabux kəndində, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Ağdərə rayonunun Həsənriz kəndi və Suqovuşan qəsəbəsində yaşayan sakinlər üçün 229 təlim təşkil olunub. Bu təlimlərdə 729 nəfər proqramları uğurla başa vuraraq sertifikat əldə etmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyul ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
02 Iyul 2026
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
02 Iyul 2026
İşğaldan azad edilmiş ərazilərə 249 min başdan çox xırdabuynuzlu heyvan və 185 mindən çox arı ailəsi köçürülüb
02 Iyul 2026
Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirib
01 Iyul 2026
Neftçalada Xəzər dənizinə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
01 Iyul 2026