“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda toxumla özünütəminat səviyyəsinin yüksəldilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib. Bu istiqamətdə fermerlərin keyfiyyətli və sertifikatlı toxumlara əlçatanlığının artırılması, xüsusilə toxum təminatının məhdud olduğu rayonlarda satış imkanlarının genişləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən “Aqroservis” ASC ilə birgə bölgələrdə satış tədbirləri həyata keçirilir.
Sertifikatlı toxum satışı “Aqroservis” ASC-nin Neftçala, Ucar, Sabirabad və Şəki bölmələrində, həmçinin İsmayıllı rayonunda “İvanovka Aqroparkı”nın ərazisində təşkil olunacaq. Satış Neftçalada noyabrın 3-də, Ucarda 4-də, Sabirabadda 5-də, Şəki və İsmayıllıda isə 6-da keçiriləcək. Fermerlərə müxtəlif sortlarda sertifikatlı arpa və buğda toxumları təqdim ediləcək.
Satış məntəqələrinin yaradılması zamanı rayonların əkin sahələrinin həcmi, mövcud toxum satışı və fermerlərin tələbatı nəzərə alınıb. Əkin sahələri geniş, lakin toxum satışının məhdud olduğu rayonlara üstünlük verilməsi fermerlərin toxumla təminatını asanlaşdıracaq, onların vaxt və nəqliyyat xərclərinə qənaət etməsinə, eləcə də ehtiyac duyduqları toxumları yaşadıqları bölgələrdə daha rahat əldə etmələrinə imkan yaradacaq.
Qeyd edək ki, toxum istehsalçıları barədə məlumatlar AXA-nın rəsmi veb-saytında da yerləşdirilib. Məlumatlarda istehsalçıların adı, əlaqə nömrəsi, istehsal etdikləri bitki növü və sortu, toxumun reproduksiyası, eləcə də fəaliyyət göstərdikləri rayon əks olunub. Bu məlumatlar fermerlərə ehtiyaclarına uyğun sertifikatlı toxum istehsalçılarını seçmək və onlarla birbaşa əlaqə saxlamaq imkanı yaradır.
AXA-nın bu istiqamətdə həyata keçirdiyi tədbirlər toxumla təminat imkanlarının genişləndirilməsinə, sertifikatlı toxum istifadəsinin təşviqinə, kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və aqrar xidmət infrastrukturunun bölgələrdə gücləndirilməsinə xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb
30 Oktyabr 2026
Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş tədbir keçirilib
30 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
30 Oktyabr 2026
Sabirabadda “Aqrar sahədə dövlət dəstək mexanizm”ləri mövzusunda panel müzakirəsi və toxum sərgi-satış yarmarkası keçirilib
30 Oktyabr 2026
“Kənd təsərrüfatı işçiləri günü” münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
30 Oktyabr 2026