Nazir Naxçıvanda suvarma infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərlə tanış olub
Naxçıvan Muxtar Respublikasında səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.
Səfər çərçivəsində nazir Məcnun Məmmədov əvvəlcə Əlincəçay-Bənəniyar su kanalına və Bənəniyar su anbarına baxış keçirib. Nazirə məlumat verilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Əlincəçaydan su götürən və Culfa rayonu ərazisində yerləşən Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması işləri davam etdirilir. Layihə çərçivəsində ümumilikdə 6 550 metr uzunluğunda kanalın yenilənməsi nəzərdə tutulur.
Daha sonra nazir Məcnun Məmmədov Ordubad rayonunun Dəstə kəndində təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb. Görüşdə əsasən qurulacaq su infrastruruna paralel olaraq, kooperativlərin yaradılması, torpaq və su resurslarından səmərəli istifadə edilməsi məsələləri müzakirə edilib. Ardınca aqrar sahəyə dövlət dəstəyi tədbirləri, kənd təsərrüfatının inkişafı, suvarma sistemlərinin genişləndirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər və digər mövzularda fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti mənbəyi Araz çayı olan “Araz-1” və “Araz-2” nasos stansiyalarının yenidənqurma işləri və su xəttinin çəkilişi prosesi ilə də tanış olublar. Səfər iştirakçılarına məlumat verilib ki, bu nasos stansiyaları vasitəsilə Babək rayonunun Nehrəm qəsəbəsi, Araz və Çeşməbasar kəndlərinin torpaq sahələri suvarılır. Hazırda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq layihə üzrə tikinti işləri mərhələli şəkildə davam etdirilir. Layihə tam başa çatdıqdan sonra Nehrəm qəsəbəsindəki 1000 hektar torpaq sahəsi ilə yanaşı, əlavə olaraq 2000 hektara yaxın suvarılan torpaq sahəsinin də su təminatı yaxşılaşdırılacaq.
Səfər iştirakçıları Şərur rayonunda kartof, tütün sahələrinə baş çəkib, rayonda su kanalların mövcud vəziyyəti ilə tanış olub, kənd təsərrüfatı sahələrinə suvarma suyunun səmərəli və itkiyə yol verilmədən çatdırılması üçün görülən işlərlə maraqlanıblar.
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə üçüncü investisiya müsabiqəsi elan olunur
30 Aprel 2026
FAO ilə birgə Azərbaycanda FDMS-in təkmilləşdirilməsi imkanları müzakirə olunub
30 Aprel 2026
Aqrar Xidmətlər Agentliyi ilə Xəzər Universiteti arasında əməkdaşlıq görüşü keçirilib
30 Aprel 2026
Azərbaycanda kənd təsərrüfatında rəqəmsal transformasiya və dayanıqlılıq mövzusunda təlim keçirilib
30 Aprel 2026
Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları müxtəlif bölgələrdə balıqçılarla maarifləndirici görüşlər keçiriblər
29 Aprel 2026