Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlıq çərçivəsində Aqrar Tədqiqatlar Mərkəzində görüş keçirilib.
Görüşdə Mərkəzin direktoru Rəşad Hüseynov, direktor müavini Namiq Şalbuzov, direktorun müşaviri Pərviz Əliyev, əməkdaşlar Vüsalə Babayeva, Gündüz Məmmədov, Gülnar Çələbiyeva, həmçinin Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı iştirak ediblər.
FAO-nun Siyasət üzrə mütəxəssisi Dmitry Zviagintsev və Təsərrüfat Məlumatlarının Monitorinq Sistemi (FDMS) üzrə eksperti Eduard Matveev ilə keçirilən görüşdə Azərbaycanda Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sisteminin (FDMS) təkmilləşdirilməsi imkanlarına dair müzakirə aparılıb.
Müzakirələr zamanı Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sisteminin (FDMS) Azərbaycanda tətbiqi, məlumatların toplanması və təhlili mexanizmləri, eləcə də beynəlxalq təcrübə barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı FDMS-in kənd təsərrüfatı sahəsində qərarvermə prosesinə verə biləcəyi töhfələr, systemin funksional imkanları və gələcək əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib.
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə üçüncü investisiya müsabiqəsi elan olunur
30 Aprel 2026
Aqrar Xidmətlər Agentliyi ilə Xəzər Universiteti arasında əməkdaşlıq görüşü keçirilib
30 Aprel 2026
Azərbaycanda kənd təsərrüfatında rəqəmsal transformasiya və dayanıqlılıq mövzusunda təlim keçirilib
30 Aprel 2026
Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları müxtəlif bölgələrdə balıqçılarla maarifləndirici görüşlər keçiriblər
29 Aprel 2026
Ağdərənin Suqovuşan kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
29 Aprel 2026