Aqrar sahədə fermerlərin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl və sistemli şəkildə davam etdirilir. Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi prosesinin daha səmərəli təşkili məqsədilə növbəti təlim proqramlarına start verilib.
Proqram çərçivəsində keçirilən təlimlər Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Zəngilan rayonunun Məmmədbəyli kəndini əhatə edib. Təlimlərin ilk günü kənd və qəsəbə sakinlərinə meyvəçilik və yem bitkiləri mövzularında geniş və praktik yönümlü məlumatlar təqdim edilib.
Təlimlər zamanı fermerlər müasir meyvəçiliyin əsas prinsipləri, məhsuldarlığın artırılması üsulları, eləcə də heyvandarlıqda istifadə edilən əsas yem bitkilərinin növləri və onların əhəmiyyəti barədə ətraflı məlumat əldə ediblər. Eyni zamanda, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.
Bu günədək işğaldan azad edilmiş ərazilərdə — Zəngilan rayonunun Ağalı, Xocalı rayonunun Ballıca və Xanyurdu, Laçın rayonunun Zabux, eləcə də Ağdərə rayonunun Həsənriz kəndlərində yaşayan sakinlər üçün nəzəri və praktiki təlimlər keçirilib.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən keçirilən təlim proqramları kənd sakinlərinin aqrar sahədə bilik və bacarıqlarının artırılmasına, onların müasir yanaşmaları mənimsəməsinə və kənd təsərrüfatı fəaliyyətinin daha səmərəli qurulmasına mühüm töhfə verir.
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə üçüncü investisiya müsabiqəsi elan olunur
30 Aprel 2026
FAO ilə birgə Azərbaycanda FDMS-in təkmilləşdirilməsi imkanları müzakirə olunub
30 Aprel 2026
Aqrar Xidmətlər Agentliyi ilə Xəzər Universiteti arasında əməkdaşlıq görüşü keçirilib
30 Aprel 2026
Azərbaycanda kənd təsərrüfatında rəqəmsal transformasiya və dayanıqlılıq mövzusunda təlim keçirilib
30 Aprel 2026
Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları müxtəlif bölgələrdə balıqçılarla maarifləndirici görüşlər keçiriblər
29 Aprel 2026