Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) “İnsan Hüquqları Aylığı”na həsr olunmuş tədbir təşkil olunub. Tədbirin əsas məqsədi insan hüquq və azadlıqlarının qorunması, bu sahədə həyata keçirilən dövlət siyasəti və mövcud qanunvericilik bazası barədə əməkdaşların məlumatlandırılması olub.
AXA-nın İnsan resursları söbəsinin müdiri Babək Əliyev bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Bu sahədə həyata keçirilən islahatlar hüquqi dövlət quruculuğunun mühüm tərkib hissəsidir.
Qeyd edib ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 18 iyun 1998-ci il tarixində təsdiq edilib. Bu sənəd insan hüquq və azadlıqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib və bu sahədə kompleks tədbirlərin həyata keçirilməsinə zəmin yaradıb.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquqi islahatlar ölkədə insan hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir. Bu islahatlar vətəndaşların sosial rifah halının yüksəldilməsi, layiqli həyat səviyyəsinin təmin olunması, vətəndaş məmnunluğunun artırılması, hüquq bərabərliyinin qanunvericilikdə, icra və məhkəmə proseslərində təmin edilməsi, eləcə də dayanıqlı inkişafın dəstəklənməsi istiqamətində mühüm rol oynayır.
Çıxış edən digər iştirakçılar insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qəbul edilmiş normativ hüquqi aktlar, bu istiqamətdə görülən işlər, habelə Agentliyə daxil olan vətəndaş müraciətlərinə operativ və keyfiyyətli baxılması, onların vaxtında cavablandırılması və icrasına nəzarətin gücləndirilməsi barədə ətraflı məlumat veriblər.
Görüş zamanı mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026