Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xızı rayonundan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən əkin sahələrinin sığortalanması, aqrar sığorta haqlarının hesablanması, baş vermiş hadisəyə görə sığorta ödənişinin edilməsi prosesi, eləcə də balıqçılıq təsərrüfatlarının sığortalanması və digər məsələlərlə bağlı olub.
Fuad Sadıqov vətəndaşların müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Qəbul zamanı bildirilib ki, aqrar sığorta dövlət tərəfindən aqrar sahədə çalışan fermer və təsərrüfatlara mühüm dəstək mexanizmidir. Sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.
Qarşıdan yeni sığorta mövsümünün payızlıq taxıl əkini dövrünün gəldiyini xatırladaq Fond sədri fermerlərə dövlətin yaratdığı bu imkandan faydalanmağı, əkin sahələrini və heyvanlarını sığortalamağı tövsiyə edib.
Qəbuldan sonra Fuad Sadıqov Xızı rayonunun Baxışlı kəndində taxıl biçini prosesi ilə tanış olub, eləcə də rayonun Yaşma kəndindəki heyvandarlıq təsərrüfatında olaraq fermerləri dinləyib, aqrar sahə ilə bağlı fikir mübadiləsi aparılıb.
Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
22 Sentyabr 2026
“Aqrar Tədarük və Təchizat” ASC ilə “Araz” və “OBA” marketlər şəbəkəsi əməkdaşlığa başlayıb
22 Sentyabr 2026
AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Sentyabr 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şabranda vətəndaşları qəbul edəcək
22 Sentyabr 2026
Azərbaycan FAST Tərəfdaşlığının Romada keçirilən görüşlərində iqlim maliyyəsi və dayanıqlı kənd təsərrüfatı məsələləri müzakirə edilib
21 Sentyabr 2026