7-8 iyun tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək.
Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.
Yarmarkada 20-yə yaxın regiondan iştirak edəcək 50-yə yaxın fermer 150-yə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Burada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsuldan analiz verə bilərlər.
Yarmarka 2 gün müddətində 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında təşkil olunacaq.
Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xocavənddə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
13 Mart 2026
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə II investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
13 Mart 2026
Fermerlərə “İntensiv meyvə bağlarının salınması və idarə olunması texnologiyaları” mövzusunda təlim keçirilib
13 Mart 2026
Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri AQTA rəhbərliyi ilə görüşüb
13 Mart 2026
Nazir Məcnun Məmmədov Ağdamda vətəndaşları qəbul edib
12 Mart 2026