Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Nicat Qocayevlə yekun görüşünü keçirib.
Görüşdə Mentorluq Proqramı müddətində görülən işlər, əldə olunan təcrübə, iştirakçıların peşəkar və şəxsi inkişaf istiqamətində qazandıqları bilik və bacarıqlar, eləcə də qarşıdakı dövrdə bu potensialın daha səmərəli şəkildə dəyərləndirilməsi məsələləri müzakirə olunub.
Eyni zamanda, proqram çərçivəsində formalaşan yanaşmaların gələcək fəaliyyətə inteqrasiyası, idarəetmə bacarıqlarının daha da təkmilləşdirilməsi və yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Qeyd edək ki, sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə üçüncü investisiya müsabiqəsi elan olunur
30 Aprel 2026
FAO ilə birgə Azərbaycanda FDMS-in təkmilləşdirilməsi imkanları müzakirə olunub
30 Aprel 2026
Aqrar Xidmətlər Agentliyi ilə Xəzər Universiteti arasında əməkdaşlıq görüşü keçirilib
30 Aprel 2026
Azərbaycanda kənd təsərrüfatında rəqəmsal transformasiya və dayanıqlılıq mövzusunda təlim keçirilib
30 Aprel 2026
Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları müxtəlif bölgələrdə balıqçılarla maarifləndirici görüşlər keçiriblər
29 Aprel 2026