Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov avqustun 7-də Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Quba, Xaçmaz və Qusar rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbul zamanı vətəndaşların müraciətləri əsasən rayon bölmələrinin yeni taxılyığan kombayn və traktorlarla təmin olunması, mineral gübrə və petisidlərlə təminat, kənd təsərrüfatı texnikasını idarə etmək hüququ verən sürücülük vəsiqələrinin əldə edilməsi və sürücülük vəsiqələri üzrə kateqoriyaların dəyişdirilməsi, soyuducu anbarlar üçün subsidiyaların verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
İdarə Heyətinin sədri Mehman Veysəlov hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli üçün müvafiq tapşırıqlar verib. Araşdırma tələb edən məsələlər nəzarətə götürülüb. Nazirliyin fəaliyyət istiqamətinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Görüş zamanı Mehman Veysəlov dövlət başçısının kənd təsərrüfatının dayanıqlı inkişafı istiqamətində imzaladığı sərəncamların aqrar sahədə istehsalçıların rifahının yüksəldilməsinə və ölkə üzrə kənd təsərrüfatının ümumi inkişafına mühüm təkan verdiyini vurğulayıb. Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra Mehman Veysəlov rayonun Çinarlı kəndində fermer Yusif Nöhbalayevə məxsus ümumilikdə 5 hektar olmaqla intensiv və super intensiv meyvə bağı sahəsinə baş çəkib. Görüş zamanı aqrar sahənin inkişafına yönəlmiş dövlət dəstəyi tədbirləri və digər mövzular müzakirə olunub, fermerləri maraqlandıran suallar cavablandırıb.
Kənd Təsərrüfatı Nazirliyində qanvermə aksiyası keçirilib
07 Avqust 2026
İşğaldan azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı keçirilib
07 Avqust 2026
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Qaxda vətəndaşlarla görüşüb
07 Avqust 2026
Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib
04 Avqust 2026
Qaxda Aqrar Biznes Festivalı keçirilib
03 Avqust 2026