Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) ilə Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının Aqrar İqtisadiyyat İnstitutu (IAE) arasında görüş keçirilib.
Gələcək əməkdaşlıq məsələlərinin müzakirə olunduğu onlayn görüşdə Mərkəzin direktor müavini Namiq Şalbuzov, direktorun müşaviri Pərviz Əliyev, Aqrar İqtisadiyyat İnstitutunun direktoru, prof. dr. Bojidar İvanov və İnstitutun əməkdaşı, prof. dr. Xrabrin Başev iştirak edib.
Namiq Şalbuzov Aqrar Tədqiqatlar Mərkəzi haqda geniş məlumat verib, Mərkəzin həm aqrar sahədə dövlət siyasətinin həyata keçirilməsində, həm də bu sahədə elmi tədqiqat işlərinin aparılmasında, tədqiqatçıların yetişdirilməsində rolundan danışıb. Bildirib ki, gündəlik, həftəlik və aylıq geniş analitik təhlil və hesabatlar hazırlamaqla yanaşı, ATM kənd təsərrüfatının inkişafı üçün milli strategiya və proqramların hazırlanmasında da fəal iştirak edir. Bundan əlavə, Mərkəz aqrar iqtisadiyyat sahəsində ixtisaslı kadrların yetişdirilməsi üçün doktorantura proqramına malikdir.
Direktor müavini qeyd edib ki, əməkdaşlıq, təcrübə mübadiləsi hər iki qurumun imkanlarını genişləndirəcək.
Professor Bojidar İvanov da rəhbərlik etdiyi elm ocağı barədə məlumat verərək bildirib ki, Aqrar İqtisadiyyat İnstitutu Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının struktur bölməsidir. Kənd təsərrüfatı sahəsində iqtisadi tədqiqatlar, təhlil və nəşriyyat işləri ilə məşğul olan İnstitutun fəaliyyət istiqamətləri kənd yerlərinin inkişafı, aqrar sahənin sosial və ekoloji aspektləri, qida zəncirləri və s. sahələrdə tədqiqatların aparılması, tədris-metodiki vəsaitlər və informasiya təminatı fəaliyyətləri ilə dövlətin aqrar siyasətini dəstəkləməkdir. Dünyanın müxtəlif akademik qurumları ilə, əsasən də Avropa Birliyi təşkilatları ilə əlaqələri inkişaf etdirdiklərini vurğulayan direktor Aqrar Tədqiqatlar Mərkəzi elmi əməkdaşlığın qurulmasını alqışladıqlarını və qiymətləndirdiklərini deyib. Daha sonra görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, birgə elmi tədqiqat işlərinin yerinə yetirilməsi, akademik heyətin təhsil və təcrübə mübadiləsi, elmi nailiyyətlərin bölüşülməsi, birgə elmi layihələrin icrası və digər məsələlərlə bağlı fikirlər bölüşülüb.
Azərbaycan FAST Tərəfdaşlığının Romada keçirilən görüşlərində iqlim maliyyəsi və dayanıqlı kənd təsərrüfatı məsələləri müzakirə edilib
21 Sentyabr 2026
Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub
18 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Butik Şərabçılıq Qrupunun ilk görüşü keçirilib
18 Sentyabr 2026
Şamaxıda “Üzümçülük və şərabçılığın inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib
18 Sentyabr 2026
“John Deere” şirkətinin müasir kənd təsərrüfatı texnologiyaları ADAU-da təqdim olunub
18 Sentyabr 2026