Bakı Ekspo Mərkəzində “Caspian Agro Week” sərgisi çərçivəsində mayın 8-də keçirilən “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində II Beynəlxalq Aqrar İnnovasiya Forumu” aqrar sahənin müxtəlif sahələrinə aid panel müzakirələrlə davam etdirilib.
“Heyvandarlıq, balıqçılıq və quşçuluq sahələrinin inkişafı: təcrübə, innovasiya və gələcək imkanlar” adlı paneldə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, Quş Əti, Yumurta İstehsalçıları və İxraçatçıları Assosiasiyası, Balıqçılıq və Akvakultura Mərkəzi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və “Azerbaijan Fish Farm” MMC-nin nümayəndələri çıxış ediblər. Müzakirələr zamanı heyvandarlıq və akvakultura sahələrinin inkişaf perspektivləri, innovativ istehsal yanaşmaları və beynəlxalq təcrübələr ətrafında fikir mübadiləsi aparılıb. Sessiyada heyvan sağlamlığının qorunması, baytarlıq xidmətlərinin təkmilləşdirilməsi, yem təminatı və innovativ həll yolları diqqət mərkəzində olub.
“Dayanıqlı kənd təsərrüfatı: Tendensiyalar, müasir texnologiyalar və perspektivlər”, “Aqrar emal sənayesi: əlavə dəyər yaradan istehsal zənciri” mövzularına həsr olunan panellərdə aqrar sahədə kənd təsərrüfatı texnika və avadanlıqları, müasir suvarma texnologiyaları, innovativ yanaşmalar və peşə təhsilinin rolu, qida təhlükəsizliyi, yerli istehsalın rəqabət qabiliyyətinin artırılması və emal sənayesinin inkişaf perspektivləri, istehsal zəncirinin gücləndirilməsi və keyfiyyət standartlarının tətbiqi məsələləri müzakirə olunub. Forum ərzində dövlət qurumları, ali təhsil müəssisələri və aqrar sahədə fəaliyyət göstərən özəl sektor nümayəndələri arasında əməkdaşlıq imkanları, aqrar sahədə innovasiyaların təşviqi və qabaqcıl təcrübələrin paylaşılması istiqamətində geniş müzakirələr aparılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırlıb, səsləndirilən təkliflər qeydiyyata alınıb. Bununla da dövlət-özəl tərəfdaşlığı çərçivəsində II Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində təşkil olunan panel müzakirələri yekunlaşıb.
Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib
12 May 2026
Bərdədə müasir aqrar yanaşmalarla bağlı maarifləndirici seminar keçirilib
12 May 2026
Nazir müavini Elçin Zeynalov FAO-nun Regional Konfransının 35-ci sessiyasında iştirak edir
12 May 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin may ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
12 May 2026
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
10 May 2026