Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin Aparat rəhbəri Azad Cəfərli oktyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Vətəndaşların müraciətləri əsasən subsidiya ödənişləri, işlə təmin olunma, heyvandarlıq təsərrüfatının yaradılmasına dəstək, quşçuluq təsərrüfatının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.
Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Aparat rəhbəri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı Sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.
Qəbuldan sonra Azad Cəfərli Babək rayonunda süfrə yumurtaları və quş əti istehsalı istiqamətində ixtisaslaşan “Badamlı Quşçuluq” MMC-nin fəaliyyəti ilə tanış olub. Görüş zamanı müəssisələrdə görülən işlər barədə məlumat verilib, quşçuluğun inkişafı, sənaye üsulu ilə quş əti istehsalında mövcud vəziyyət, quşçuluqda istehsalın və ixracının artırılması istiqamətində həyata keçirilən tədbirlər və atılacaq addımlar, istehsal prosesinin daha da təkmilləşdirilməsi, quş əti istehsalında müasir texnologiyaların tətbiqi məsələləri müzakirə edilib.
Həmçinin görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin bu il mayın 25-də imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri, quşçuluğun inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər barədə görüş iştirakçılarına geniş məlumat verilib. Bildirilib ki, Dövlət Proqramında müəyyənləşdirilən bu hədəflər ölkədə quşçuluq sahəsinin daha müasir əsaslarla inkişafına, istehsalın səmərəliliyinin artırılmasına və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək. Dövlət Proqramının icrası muxtar respublikada yeni quşçuluq təsərrüfatlarının yaradılmasına, mövcud müəssisələrin modernləşdirilməsinə, istehsal həcmlərinin artırılmasına və əhalinin keyfiyyətli quşçuluq məhsulları ilə təminatının daha da yaxşılaşdırılmasına əlavə imkanlar yaradacaq.
Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri həyata keçirilir
08 Oktyabr 2026
Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib
08 Oktyabr 2026
Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama
08 Oktyabr 2026
İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir
08 Oktyabr 2026
Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsi müzakirə olunub
07 Oktyabr 2026