Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Zərdab rayonunda aqrar sahədə həyata keçirilən layihələrlə tanışlıq olub, qarşıda duran vəzifələr müzakirə edilib.
Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, aidiyyəti dövlət qurumlarının nümayəndələri və Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə rayonda yaradılmış qərargahın üzvləri rayon ərazisində fəaliyyət göstərən iri təsərrüfatlara baş çəkərək görülən işlərlə tanış olublar.
Baxış zamanı təsərrüfatlarda istehsal prosesləri, əkinçilik və heyvandarlıq sahələrində görülən işlər, mövcud istehsal imkanları və gələcək inkişaf planları nəzərdən keçirilib. Müasir suvarma sistemlərinin tətbiqi, yüksək reproduksiyalı toxumlardan istifadə, yem bazasının möhkəmləndirilməsi, texniki imkanların genişləndirilməsi və məhsuldarlığın artırılması məsələlərinə diqqət yetirilib.
Sonra Zərdab Rayon İcra Hakimiyyətinin binasında Dövlət Proqramının icrası ilə bağlı qərargah üzvlərinin və fermerlərin iştirakı ilə müşavirə keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə aqrar sahənin rayon iqtisadiyyatında mühüm yer tutduğunu bildirərək, Dövlət Proqramında müəyyən edilmiş hədəflərə nail olunması üçün fermer və sahibkarların fəallığının artırılmasının, müasir texnologiyaların tətbiqinin və mövcud resurslardan səmərəli istifadənin vacibliyini vurğulayıb. Qeyd edib ki, Dövlət Proqramının icrası çərçivəsində Zərdab rayonunda fermer və sahibkarlar tərəfindən ümumilikdə 2 milyon manatdan çox investisiya yatırılıb. İnvestisiyalar əsasən müasir suvarma sistemlərinin quraşdırılması, kənd təsərrüfatı texnikasının alınması, taxıl və yem bitkilərinin əkininə hazırlıq, heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi və istehsal imkanlarının artırılmasına yönəldilib.
Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov Dövlət Proqramının əsas hədəf və vəzifələrindən danışaraq, kənd təsərrüfatında məhsuldarlığın artırılması, istehsal və emal imkanlarının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, su və torpaq ehtiyatlarından səmərəli istifadənin əhəmiyyətini qeyd edib.
Müşavirədə Dövlət Proqramı çərçivəsində rayonda görülmüş işlər, fermer və sahibkarların üzərinə götürdükləri öhdəliklərin icra vəziyyəti, investisiya layihələrinin reallaşdırılması və təsərrüfatların qarşılaşdıqları məsələlər barədə məlumat verilib. Fermerlərin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
23 Noyabr 2026
Biləsuvarda VI Hind Quşu-Mətbəx və Aqrar Biznes Festivalı keçirilib
23 Noyabr 2026
Dünya Bankının nümayəndə heyəti AKİA-da qiymətləndirmə missiyası keçirib
23 Noyabr 2026
Naxçıvanda müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı fermerlərlə görüş keçirilib
23 Noyabr 2026
Qusarda aqrar layihələrin icrası və investisiya imkanları müzakirə olunub
23 Noyabr 2026