Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı tərəfindən birgə hazırlanan “Rəqabətqabiliyyətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” (CRAİS) layihəsi çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) maliyyə və institusional qiymətləndirmə (Due Diligence) missiyası həyata keçirilib.
Missiyada Dünya Bankının qiymətləndirmə prosesi üzrə əsas əlaqələndiricisi Xose Rutman və maliyyə mütəxəssisi Patrik Doherti iştirak ediblər.
Missiyanın əsas məqsədi AKİA-nın institusional və maliyyə idarəetmə potensialının, mövcud əməliyyat mexanizmlərinin və CRAİS layihəsi çərçivəsində nəzərdə tutulan fəaliyyətlərin icrasına hazırlıq səviyyəsinin qiymətləndirilməsi olub.
Missiya çərçivəsində Dünya Bankının ekspertləri AKİA rəhbərliyi və müvafiq struktur bölmələrinin nümayəndələri ilə görüşlər keçiriblər. Görüşlərdə Agentliyin tətbiq etdiyi güzəştli kredit və maliyyə dəstəyi mexanizmləri, kənd təsərrüfatı subsidiyalarının idarə edilməsi, beynəlxalq layihə və proqramların icrası, maliyyə və mühasibat uçotu, hüquqi tənzimləmə, daxili nəzarət və monitorinq sistemləri barədə ətraflı məlumat təqdim olunub.
Dünya Bankının nümayəndələri AKİA ilə əməkdaşlıq edən müvəkkil kommersiya bankları və bank olmayan kredit təşkilatlarının (BOKT) təmsilçiləri ilə də görüşüblər. Görüşlər zamanı aqrar sektorda maliyyə resurslarına çıxış imkanları, güzəştli kreditləşmə mexanizmlərinin tətbiqi, texniki yardım tədbirləri və dövlət maliyyə dəstəyi alətlərinin səmərəliliyi ətrafında fikir mübadiləsi aparılıb.
Mərkəzi Bankda keçirilən görüşdə isə AKİA-nın kənd təsərrüfatı sektorunda maliyyə inklüzivliyinin genişləndirilməsində rolu, müvəkkil kredit təşkilatları ilə əməkdaşlıq mexanizmləri, eləcə də maliyyə sektorunda tənzimləmə və nəzarət məsələləri müzakirə edilib.
Missiyanın yekununda kənd təsərrüfatı nazirinin müavinləri Zaur Əliyev və İlhamə Qədimovanın, həmçinin AKİA rəhbərliyinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı Dünya Bankının ekspertləri tərəfindən aparılmış qiymətləndirmənin ilkin nəticələri təqdim olunub, institusional və əməliyyat proseslərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib.
Tərəflər CRAİS layihəsi çərçivəsində nəzərdə tutulan fəaliyyətlərin səmərəli icrası, institusional potensialın gücləndirilməsi və növbəti mərhələlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Qeyd edək k, Missiya Dünya Bankı ilə AKİA arasında əməkdaşlığın inkişaf etdirilməsi, aqrar sektorda maliyyə mexanizmlərinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun institusional idarəetmə potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvanda müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı fermerlərlə görüş keçirilib
23 Noyabr 2026
Qusarda aqrar layihələrin icrası və investisiya imkanları müzakirə olunub
23 Noyabr 2026
ABŞ-da aqrar təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
21 Noyabr 2026
Masallıda aqrar sahənin inkişafı üçün yeni layihələr reallaşdırılır
21 Noyabr 2026
Kürdəmir rayonunda Dövlət Proqramının icrası ilə bağlı aqroparklarda və iri fermer təsərrüfatlarında monitorinq keçirilmişdir
21 Noyabr 2026