Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir. Növbəti görüşlər Laçın rayonunun Zabux kəndində, Zəngilan rayonunun Ağalı kəndində, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, eləcə də Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində baş tutub.
Sahə görüşlərinin əsas məqsədi sakinlərin kənd təsərrüfatı fəaliyyəti üzrə mövcud vəziyyətini hərtərəfli öyrənmək, onların cari təsərrüfat işlərində praktiki bacarıqlarını artırmaq və bu sahədə ehtiyaclarını müəyyənləşdirmək olub. Həmçinin təsərrüfatların daha səmərəli idarə olunması, məhsuldarlığın artırılması və müvafiq istiqamətlər üzrə peşəkar məsləhətlərin təqdim edilməsi nəzərdə tutulub.
Təsərrüfat sahibləri ilə görüşlərdə onların fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. AXA-nın mütəxəssisləri tərəfindən əkin sahələrinin vəziyyəti qiymətləndirilib, torpağın becərilməsi, bitkilərin mühafizəsi, gübrələmə tədbirləri və məhsuldarlığın artırılması ilə bağlı tövsiyələr verilib. Eyni zamanda sakinlərə torpaq analizlərinin aparılmasının əhəmiyyəti barədə ətraflı məlumat təqdim olunub. Bildirilib ki, torpağın münbitlik göstəricilərinin müəyyənləşdirilməsi düzgün gübrələmə proqramının hazırlanmasına, resurslardan səmərəli istifadəyə və nəticə etibarilə daha yüksək məhsuldarlığın əldə olunmasına imkan yaradır.
Proqram çərçivəsində heyvandarlıq təsərrüfatlarına da baxış keçirilib. Baytar həkimlər tərəfindən saxlanılan heyvanların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, yemləmə qaydaları, profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi, peyvəndləmə və müxtəlif xəstəliklərdən qorunma üsulları barədə sakinlərə ətraflı məlumat verilib.
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026
İstanbulda Azərbaycan və Moldova kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib
06 Iyun 2026
Nazir Məcnun Məmmədov İstanbulda “Sıfır Tullantı Forumu 2026” çərçivəsində kənd təsərrüfatı nazirlərinin yüksək səviyyəli toplantısında çıxış edib
06 Iyun 2026