“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də (Azəraqrar DİEB) 18 İyun – İnsan Hüquqları Günü münasibətilə maarifləndirici tədbir təşkil olunub. Tədbirdə hüquqi maarifləndirmənin cəmiyyətin inkişafındakı rolu və insan hüquqlarının müdafiəsi sahəsində müasir dövrün çağırışları barədə geniş məlumat verilib.
“Azəraqrar DİEB” MMC-nin şöbə müdiri Emil Kazımov bildirib ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd edilir.
Qeyd olunub ki, Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunduqdan sonra insan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində hüquqi baza yaradılıb.
Tədbirdə “Azəraqrar DİEB” MMC-də əməkdaşların sağlam və təhlükəsiz əmək şəraitinin təşkili və təmin edilməsinə xüsusi diqqət yetirildiyi, bu istiqamətdə maarifləndirmə tədbirlərinin keçirildiyi diqqətə çatdırılıb. Həmçinin rəqəmsal texnologiyaların sürətli inkişafı şəraitində insan hüquqlarının müdafiəsi, fərdi məlumatların qorunması, informasiya təhlükəsizliyinin təmini və süni intellekt sistemlərinin tətbiqi kimi aktual məsələlərə diqqət yetirilib.
Görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
15 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2,6 milyon tondan çox məhsul yığılıb
15 Iyul 2026
Aqrar sığorta eksperti olmaq istəyənlər üçün növbəti təlimlər keçirilib
15 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Göygöldə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
14 Iyul 2026
Xocavənd rayonunun Xocavənd kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
14 Iyul 2026