Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində bioloji müxtəlifliyin qorunması və artırılması məqsədilə çəkikimi balıqların çaya buraxılışı həyata keçirilib. Tədbir çərçivəsində çəkisi 50–100 qram aralığında olan 4 000 ədəd balıq körpəsi çaya buraxılıb. Balıqlar Mərkəzin tabeliyində fəaliyyət göstərən balıqartırma müəssisələrində yetişdirilib.
Mərkəz tərəfindən daxili su hövzələrində balıq ehtiyatlarının bərpasına yönəlmiş balıq buraxılışı tədbirlərinin mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur. Bu proses su hövzələrinin bioloji balansının qorunmasına və təbii balıq populyasiyalarının gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov, Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, mərkəzin direktor müavini Elşən Məcidov, mərkəzin Balıq və su bioresurslarının idarə edilməsi və balıqartırma şöbəsinin müdiri Elşad Əhmədov, Nazirliyin və yerli dövlət aqrar inkişaf mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Balıqların Kür çayına buraxılması bioloji müxtəlifliyin qorunmasına, balıq ehtiyatlarının artırılmasına və çay ekosisteminin bərpasına şərait yaradır.
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
10 Sentyabr 2026
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026