Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
Tərtib edilmiş qəbul cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov martın 12-də Ağdam şəhərində Ağdam, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsi ilə təmin olunma, həmin ərazilərə heyvandarlıq təsərrüfatlarının köçürülməsi, subsidiyaların verilməsi, aqrar sığorta, güzəştli şərtlərlə kredit verilməsi, damazlıq heyvanların lizinqi, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi və digər məsələlərlə bağlı olub.
Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Görüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı da iştirak edib.
Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
14 Aprel 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
13 Aprel 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanda vətəndaşları qəbul edəcək
13 Aprel 2026
Aqronom və baytarlar üçün yeni imkan!
10 Aprel 2026
Aqrar Sığorta Fonduna 6500 hektardan artıq əkin sahəsi üzrə zərər müraciətləri daxil olub
10 Aprel 2026