Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin həyata keçirdiyi “Şəhərdən Kəndə” layihəsi çərçivəsində Lənkəran rayonunda Arıçılıq Muzeyinin açılışı olub.
Tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Emin Quliyev, Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, fermerlər, arıçılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Arıçılıq Muzeyində yaradılan şərait və görülmüş işlərlə yaxından tanış olublar. Bildirilib ki, “Şəhərdən Kəndə” layihəsi kənd turizminin inkişafına, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfatların tanıdılmasına, yerli istehsalçıların dəstəklənməsinə və regionların iqtisadi potensialının artırılmasına mühüm töhfə verir. Qeyd olunub ki, layihə çərçivəsində dəstəklənən təsərrüfatlar kənd həyatını, ənənəvi peşələri və yerli məhsulları daha geniş auditoriyaya təqdim etməklə aqroturizmin inkişafında əhəmiyyətli rol oynayırlar.
Daha sonra arıçı Siyavuş Yaqubov arıçılıq fəaliyyəti, arıların ekosistemdə rolu və Arıçılıq Muzeyinin yaradılmasının məqsədi barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, muzeyin əsas məqsədi Azərbaycanda arıçılıq ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi, bu sahənin təbliği, ziyarətçilərin maarifləndirilməsidir. Muzeydə arıçılıq tarixini və bal istehsalı prosesini nümayiş etdirən nümunələr və məlumatlandırıcı guşələr yer alır.
Daha sonra qonaqlar təsərrüfatın həyətyanı sahəsinə baxış keçirib, arı yeşikləri və arıterapiya evi ilə tanış olublar.
Tədbirdə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri tərəfindən hazırlanan aşbazlıq və qənnadı məhsulları nümunələri nümayiş etdirilib. Mədəni proqram çərçivəsində “Nənələr” folklor qrupu tərəfindən musiqili çıxışlar olub.
Nazir müavini Zaur Əliyev Ağcabədidə taxıl biçini prosesini izləyib, fermerlərlə görüşüb
19 Iyun 2026
Şəmkirdə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
19 Iyun 2026
AXA sədri toxumluq taxıl sahələrinə baxış keçirib
19 Iyun 2026
Nazir Məcnun Məmmədov Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb
18 Iyun 2026
“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan edilib
18 Iyun 2026