Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu və Azərbaycan Fotoqrafları Birliyinin birgə əməkdaşlığı ilə “Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan olunub. 2026-cı il iyun ayının 15-dən sentyabrın 30-dək keçiriləcək müsabiqədə ölkənin bütün bölgələrindən kənd həyatı, kənd təsərrüfatı və aqrar sahəyə aid fotoların müəllifləri iştirak edə bilər. Müsabiqəyə aqrar sahədə fermerlərin fəaliyyətini, gündəlik həyatını, əkin və məhsul yığımı prosesini əks etdirən, həmçinin kənd təsərrüfatı heyvanları, bitkiləri və kənd təsərrüfatı texnikalarına aid fotoşəkillər qəbul edilir.
Fotomüsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ölkəmizin bölgələrinə, kənd təsərrüfatı sahəsinə və burada çalışan zəhmətkeş insanların həyatına, fəaliyyətinə cəlb etmək, aqrar sahə üzrə peşələrin nüfuzunu artırmaq, əhali arasında yaradıcılığı və sosial fəallığı stimullaşdırmaqdır.
Fotomüsabiqədə yaşından, təhsilindən və sənətindən asılı olmayaraq hamı iştirak edə bilər. Fotoaparat, smartfon, dronla çəkilmiş fotolar müsabiqəyə qəbul olunacaq.
Müsabiqədə iştirak etmək istəyənlər şərtlərə uyğun fotoşəkilləri müəllifin adı, soyadı, ata adı, yaşadığı şəhər və əlaqə nömrəsini qeyd etməklə “musabiqe@outlook.com” elektron ünvanına göndərməlidirlər.
Müsabiqəyə göndərilən nümunələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər elan olunacaq.
“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqənin şərtləri
Mükafatlandırma:
Müsabiqədə I-III yerlərə layiq görülmüş fotoşəkillərin müəlliflərinə pul mükafatları və müvafiq dərəcəli diplomlar təqdim olunacaq:
I yer - 500 AZN
II yer - 300 AZN
III yer - 200 AZN
Əlavə olaraq, sərgidə nümayiş olunacaq 5 ən yaxşı fotonun müəllifi 100 AZN, 30 ən yaxşı fotonun müəllifi 30 AZN məbləğində mükafata layiq görüləcəklər.
İştirakçıların hər birinə “İştirakçı sertifikatı” təqdim olunacaq. Müsabiqədə mükafata layiq görülmüş işlər təşkilatçının mülkiyyətinə çevrilir.
Müsabiqəyə təqdim olunmuş fotolardan ibarət sərginin keçirilməsi nəzərdə tutulur.
“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqədə iştirakla bağlı sualları təşkilatçılara ünvanlaya bilərsiniz.
Əlaqə nömrəsi: +994 51 526 87 28
Nazir müavini Zaur Əliyev Ağcabədidə taxıl biçini prosesini izləyib, fermerlərlə görüşüb
19 Iyun 2026
Şəmkirdə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
19 Iyun 2026
AXA sədri toxumluq taxıl sahələrinə baxış keçirib
19 Iyun 2026
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Lənkəranda Arıçılıq Muzeyinin açılışı olub
19 Iyun 2026
Nazir Məcnun Məmmədov Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb
18 Iyun 2026