Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi (ATM) İsrailin aqrotexnologiya sahəsində fəaliyyət göstərən qabaqcıl “Agrigo AI Ltd.” və “Supplant Ltd.” şirkətləri ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.
Memorandum ATM-in direktoru Rəşad Hüseynov, “Agrigo AI Ltd.” şirkətinin Marketinq və Biznesin İnkişafı üzrə vitse-prezidenti Darina Privalko və “Supplant Ltd.” şirkətinin həmtəsisçisi və Gəlirlər üzrə direktoru Ori Ben Ner tərəfindən imzalanıb.
Bu əməkdaşlıq ATM-in beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də aqrar sahədə innovativ texnologiyaların ölkəmizə transferi baxımından mühüm mərhələ hesab olunur.
Sənəd kənd təsərrüfatı, aqrosənaye, ərzaq təhlükəsizliyi, süni intellekt əsaslı aqrotexnologiyalar və iqtisadi tədqiqatlar sahəsində elmi və texnoloji əməkdaşlığın inkişafını nəzərdə tutur. Memorandum çərçivəsində birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, innovativ həllərin tətbiqi, qabaqcıl rəqəmsal texnologiyaların yerli şəraitə uyğunlaşdırılması, mütəxəssis mübadiləsi, təlim proqramları və beynəlxalq elmi tədbirlərin təşkili planlaşdırılır.
Əməkdaşlığın əsas məqsədlərindən biri Azərbaycanda aqrar tədqiqatların beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, innovativ yanaşmaların təşviqi və aqrar sahədə rəqəmsal transformasiyanın sürətləndirilməsidir. Bununla yanaşı, memorandum ölkəmizdə aqrar elmin inkişafına, müasir texnologiyaların tətbiqinə və insan kapitalının gücləndirilməsinə dəstək göstərəcək.
Memorandumun gələcəkdə birgə pilot layihələrin həyata keçirilməsi, yeni texnologiyaların sınaqdan keçirilməsi və regional əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcəyi gözlənilir.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdərədə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
06 Noyabr 2026
Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
06 Noyabr 2026
“Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi və toxum sərgi-satış yarmarkası Yevlax rayonunda keçirilib
06 Noyabr 2026
Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib
05 Noyabr 2026
Bərdə rayonunda toxum sərgi satış yarmarkası və panel müzakirə keçirilib
05 Noyabr 2026