Bakı Ekspo Mərkəzində 15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) sərgisi çərçivəsində panel sessiyalar keçirilib.
“Smart Agro: Kənd Təsərrüfatında İnnovasiyaların təbliği”, “Ağıllı əkinçilik və gələcəyin dəqiq kənd təsərrüfatı”, “Daha yaxşı dünya üçün dayanıqlı kənd təsərrüfatı” mövzusunda müzakirələrdə yerli və xarici mütəxəssislər öz fikirlərini bölüşüblər. Bildirilib ki, iqlim dəyişikliyi və qlobal istiləşmə fonunda torpaq və su resurslarından səmərəli istifadənin təşkili aqrar sektorda innovasiya və texnologiyaların daha geniş istifadəsini zəruri edir. Bu gün dünyada mövcud olan təcrübələrin mübadilə edilməsi, o cümlədən aqrar texnologiya transferi vacibdir. Kənd təsərrüfatı mövzusunda keçirilən sərgilər yeni texnologiyalarla tanışlığa və praktikada tətbiq etməyə imkan verir. Bu səbəbdən müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda keçirilən beynəlxalq kənd təsərrüfatı sərgilərinə həmişə maraq böyük olur. Azərbaycanın kənd təsərrüfatı sektorunda aqrar innovasiyaların tətbiqi ildən-ilə genişlənir.
Panel sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, mütəxəssislər iştirakçıların suallarını cavablandırıblar.
Bu il azad olunmuş ərazilərdəki yaylaqlara 940 qoyunçuluq, 1101 arıçılıq təsərrüfatı köçürülüb
07 Iyul 2022
Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə APEPEA arasında əməkdaşlıq memorandumu imzalanıb
06 Iyul 2022
Aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər İsraildə təcrübə keçəcək
06 Iyul 2022
Taxıl sahələrinin 72,6 faizində biçin prosesi başa çatıb, sahələrdən 2163875 ton məhsul yığılıb
06 Iyul 2022
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 7-ci görüşü keçirilib
06 Iyul 2022