Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına müraciət edərək taxıl sahələrinin biçindən sonra yandırılmasının yolverilməz olduğunu bildirir. Bu addım həm ekoloji, həm də aqrotexniki baxımdan olduqca zərərlidir. Yanğın nəinki əkinəyararlı torpaqları, eləcə də meşə, meşəmühafizə zolaqlarını və əhalinin yaşadığı əraziləri əhatə edərək ciddi ekoloji problemlərə yol açır.
Torpağın münbitliyinə və bioloji strukturuna vurulan ziyan
Bitki qalıqları torpağın münbitliyini artıran, strukturunu və rütubət tutumunu yaxşılaşdıran ən vacib üzvi resurslardan biridir. Təəssüf ki, kənd təsərrüfatı məhsul istehsalçılarının az bir hissəsi hələ də əlavə əmək xərcləri tələb etdiyindən bitki qalıqları haqqında yanlış təsəvvürlərə malikdir.
Kövşənliyin və samanın yandırılması torpağa bərpaolunmaz ziyan vurur:
Alternativ və səmərəli idarəetmə üsulları
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə samanı doğrayıb mulça şəklində sahəyə səpməyi, yaxud biçindən dərhal sonra samanı sahədən daşıyıb çıxarmağı tövsiyə edir.
Daha sonra becəriləcək hər bitkiyə uyğun fosfor və ya kompleks gübrələr verilərək şum, 10-12 sm diskləmə və ya torpağın sıfır becərməsi aparılmalı, sahə aralıq bitkilərin səpininə hazırlanmalıdır. Kövşənlikdə birbaşa səpinin aparılması torpaqqoruyucu qat yaradaraq su və külək eroziyasının qarşısını alır, rütubəti qoruyur, alaq otlarının inkişafına mane olur və ümumi məhsuldarlığı yüksəldir.
Qanunvericilik və cərimələr
Məhsulu biçilmiş əkin sahələrinin yandırılması ciddi qanun pozuntusudur. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən əkin yerlərinin yandırılması qəti qadağandır.
Bu qaydanı pozan fərdlər və qurumlar İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən aşağıdakı məbləğlərdə cərimə olunurlar:
Operativ məlumat: Azərbaycanda taxıl sahələrinin 86 faizində biçin yekunlaşıb
21 Iyul 2026
Nazir Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşlarla görüşüb
20 Iyul 2026
Daşkəsəndə Aqroturizm və Aqrar Biznes Festivalı keçirilib
20 Iyul 2026
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə 3-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
17 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
16 Iyul 2026