11–15 may tarixlərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Gənclər və İdman Nazirliklərinin dəstəyi, Enterprise Azərbaycan, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “Azmaş Lizinq” MMC-nin tərəfdaşlığı, Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşkilatçılığı ilə “Farm2Tour” hakatonu keçirilib.
Hakaton çərçivəsində 40 nəfər iştirakçı 5 nəfərlik komandalar şəklində bir araya gələrək aqroturizm obyektlərinin tanıdılması, turist-fermer əlaqəsinin gücləndirilməsi və istifadəçi təcrübəsinin təkmilləşdirilməsinə yönəlmiş rəqəmsal məhsullar hazırlayıblar. İştirakçılar 36 saat ərzində hazırladıqları layihələri münsiflər heyətinə təqdim ediblər.
Proses boyu komandalara mentor dəstəyi göstərilib, ən perspektivli həllər isə növbəti inkubasiya və inkişaf mərhələsinə yönləndirilməsi üçün seçilib. Hakatonun yekun nəticələrinə əsasən 3 startap qalib elan olunub.
Tədbirin bağlanış mərasimində dövlət qurumlarının nümayəndələri və layihə tərəfdaşları iştirak ediblər.
Layihənin davamlılığının təmin olunması məqsədilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən qalib layihələrə inkubasiya mərhələsində dəstək göstərilməsi nəzərdə tutulur. Eyni zamanda, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi – Enterprise Azerbaijan portalı startup potensialına malik layihələrin “Startup School 4” proqramına cəlb olunmasına və həmin komandaların beynəlxalq startup ekosisteminə inteqrasiyasına dəstək verəcəkdir.
Qeyd edək ki, “Farm2Tour” layihəsi aqroturizm sahəsində mövcud çağırışlara AI əsaslı rəqəmsal həllərin hazırlanmasına həsr olunmuş innovasiya layihəsidir
Qəhvəyi mərmər bağacığının qarşısının alınması və idarə olunması mövzusunda seminar keçirilib
21 May 2026
Bakıda CACFish-in regional ekspert görüşü keçirilib
21 May 2026
Kənd təsərrüfatı Nazirliyi 2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir
21 May 2026
Nazir Məcnun Məmmədov Qabaqcıl Liderlik İnkişaf Proqramı çərçivəsində dəyirmi masa müzakirələrində iştirak edib
20 May 2026
AXA sədri Sabirabadda aprobasiya prosesi ilə tanış olub
20 May 2026