Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Yaşıl Gənclik: Dayanıqlı İnkişaf Məqsədlərinə Doğru” yay məktəbinin açılış mərasimi keçirilib. 21–25 iyul tarixlərində ADAU-nun kampusunda və təbiət qoynunda keçiriləcək yay məktəbi gənclərin ekoloji düşüncəsini formalaşdırmaq, onların dayanıqlı inkişaf sahəsində bilik və bacarıqlarını artırmaq məqsədi daşıyır.
Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ADAU-nun rektoru Zəfər Qurbanov bildirib ki, yay məktəbində ölkəmizdə fəaliyyət göstərən 14 müxtəlif ali təhsil müəssisələri tərəfindən müəyyən edilən 50-yə yaxın tələbə iştirak edir. Tələbələr bu məktəb vasitəsilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə yaxından tanış olacaq, iqlim dəyişmələri, tullantıların idarə olunması, alternativ enerji və yaşıl innovasiyalar barədə maarifləndirici sessiyalarda iştirak edəcəklər.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli yay məktəbinin iştirakçılarının aqrar sahəyə maraqlarını yüksək qiymətləndirib, bu proqramın ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, ekologiya məsələlərinin araşdırılmasında mühüm rol oynayacağını qeyd edib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov öz çıxışında tədbirin əhəmiyyətinə toxunub, yay məktəblərinin təşkilinin tələbələrin bilik və bacarıqlarını artırdığını vurğulayıb.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədrinin müavini Fuad Məmmədov, “Agro Dairy” MMC-nin sahə meneceri Bəxtiyar Səfərov yay məktəblərinin tələbələrin şəxsi, akademik və peşəkar inkişafına ciddi töhfələr verdiyini vurğulayıblar.
Yay məktəbinin iştirakçıları üçün yerli ekspertlərlə görüşlər, praktiki seminarlar və yeni yaşıl təşəbbüslərin hazırlanmasına yönəlmiş mentorluq dəstəyi də nəzərdə tutulub.
Qeyd edək ki, “Yaşıl Gənclik: Dayanıqlı İnkişaf Məqsədlərinə Doğru” yay məktəbi Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin və “Agro Dairy” MMC-nin dəstəyi ilə həyata keçirilir.
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
31 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
31 Iyul 2026
Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan fermer, istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq
30 Iyul 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran Dövlət Universitetində olub
30 Iyul 2026
Azərbaycan nümayəndə heyəti Moldovada keçirilən beynəlxalq seminarda iştirak edib
29 Iyul 2026