• Ana səhifə
  • Xəbərlər
  • Nazir Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu ilə görü...
Nazir Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu ilə görüşüb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu ilə görüşüb.

Görüş zamanı ölkəmizdə aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına yeni dəstək mexanizmləri, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə FAO ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunub, həyata keçirilən layihələrin ölkəmizin aqrar sektorunun inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.