Naringi əkən fermerlər öz bağlarını Aqrar Sığorta Fondunda sərfəli şərtlərlə sığortalaya bilərlər. Hazırda aqrar sığorta mexanizmi 41 bitki növünü, o cümlədən 20-dək meyvə bitkisini əhatə edir.
Lənkəran və ümumilikdə Lənkəran-Astara regionunda 1 hektar naringi bağının sığortalanması fermer üçün 123 manata başa gəlir. Sığortanın ümumi haqqı 246 manat təşkil edir. Dövlət tərəfindən sığorta haqqının 50 faizi ödənildiyindən fermerin ödəyəcəyi məbləğ 123 manat təşkil edir.
Hesablamalara əsasən, 1 hektardan 120 sentner, yəni 12 ton naringi məhsulu əldə edilməsi və məhsulun sahədə satış qiymətinin 1 kiloqram üçün 80 qəpik olması nəzərdə tutulur. Bu halda 1 hektar sahədən gözlənilən məhsulun ümumi dəyəri 9600 manat təşkil edir.
123 manat sığorta haqqı müqabilində naringi bağları dolu, qasırğa, fırtına, sel və subasma, leysan, normadan artıq qar yağması, ildırım, yanğın, torpaq sürüşməsi, üçüncü şəxslərin hərəkətləri, vəhşi heyvanların hücumu və digər təbiət hadisələri və risklərdən sığortalana bilər.
Fermer əlavə sığorta haqqı ödəməklə naringi bağını şaxtavurma (donvurma) riskindən də sığortalaya bilər.
1 hektar naringi bağının salınması, yetişdirilməsi və aqrotexniki qulluğu, o cümlədən dərman və gübrələrə çəkilən illik xərclər təqribən 3000–4500 manat təşkil edir. Bu baxımdan, 123 manatlıq illik sığorta haqqı bağın risklərdən qorunması üçün fermerin ümumi xərcləri ilə müqayisədə nisbətən aşağı məbləğdir.
Qeyd edək ki, aqrar sığorta mexanizmi fermerlərin təbii fəlakətlər və digər risklər nəticəsində yarana biləcək maliyyə itkilərindən qorunmasına, təsərrüfat fəaliyyətinin davamlılığının təmin edilməsinə və istehsalın sabitliyinin qorunmasına xidmət edir.
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
29 Sentyabr 2026
Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub
29 Sentyabr 2026
Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır
28 Sentyabr 2026
İtaliyada keçirilən beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub
28 Sentyabr 2026