Sentyabrın 29-da Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının nümayəndələri arasında görüş keçirilib.
Görüşdə kənd təsərrüfatının rəqabətqabiliyyətliliyinin, eləcə də suvarma və drenaj sektorunda xidmətlərin səmərəliliyinin artırılmasını hədəfləyən “Rəqabətqabiliyyətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” (CRAIS) layihəsinin hazırlanması ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin rolu və fəaliyyət istiqamətləri, layihə komponentlərinin əhatə dairəsi, maliyyələşdirmə məsələləri, layihənin icra olunacağı coğrafi ərazilər və hədəf benefisiarlar barədə fikir mübadiləsi aparıblar.
Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas istiqamətləri barədə Dünya Bankının nümayəndələrinə məlumat verib.
Nazir müavini aqrar sektorun rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının artırılması, müasir maliyyələşmə mexanizmlərinin tətbiqi, eləcə də kənd təsərrüfatının inkişafına xidmət edən yeni təşəbbüslərin həyata keçirilməsi istiqamətində Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Sonda CRAIS layihəsinin növbəti mərhələləri, nəzərdə tutulan tədbirlərin icra qrafiki və tərəflər arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir
29 Sentyabr 2026
Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub
29 Sentyabr 2026
Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır
28 Sentyabr 2026
İtaliyada keçirilən beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub
28 Sentyabr 2026