Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazilərində, əsasən Mehdiabad, Fatmayı, Goradil, Məhəmmədi, Digah və bəzi ərazilərdəki meşə zolaqlarında, yol kənarlarında əkilmiş tut ağaclarında, dövlət fond və bələdiyyə torpaqlarında karantin zərərverici olan yastıcalara qarşı mübarizə aparmaq məqsədi ilə 1657 ha ərazidə müşahidələr aparılıb.
Müşahidələrin nəticələrinə əsasən 221 ha ərazidə "Tut qalxanlı" və "Unlu" yastıca ilə sirayətlənmə aşkar edilib. Sirayətlənmiş ərazilərin 54 hektarında mexaniki mübarizə tətbiq etməklə müxtəlif ağacların zərərverici ilə sirayətlənmiş budaqları sahədən kənara çıxırılıb və yandırılma yolu ilə məhv edilib. Zərərvericilərə qarşı 60 hektar ərazidə hektara 250 qr məsarif normasıyla,"THİALAM" preparatından istifadə etməklə kimyəvi mübarizə tədbirləri aparılıb. Hal-hazırda mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, “Tut qalxanlı” yastıcası intensiv coxalan zərərvericidir. O, qısa müddətdə ağaclar üzərində külli miqdarda toplaşaraq koloniyalar əmələ gətirir. Zədələnmə nəticəsində ağacların budaqları və zoğları quruyur, yarpaqları tökülür, meyvənin keyfiyyəti aşağı düşür. Bəzi hallarda zərərverici ilə zədələnmiş cavan ağaclar tamamilə quruyur. Mayalanmış yetkin dişi fərdlər qışlamağa gedir. Aprel ayının 2-3-cü dekadasında dişi fərdlər yumurta qoyur, may ayının əvvəlində yumurtadan süfrələr cıxır. Azərbaycanda 2-3 nəsil verir.
“Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgisinə baxış keçirilib
08 May 2026
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində II Beynəlxalq Aqrar İnnovasiya Forumu panel müzakirələri yekunlaşıb
08 May 2026
“Caspian Agro Week” sərgisində “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu keçirilib
08 May 2026
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
08 May 2026
V Aqrobiznesin İnkişafı Forumu çərçivəsində dəyirmi masa müzakirələri keçirilib
08 May 2026