Kənd Təsərrüfatı Nazirliyi ilə “MS Professional Trainings and Career Center” MMC şirkəti arasında bağlanmış müqavilə əsasında Nazirliyin Mərkəzi Aparatının Təhsil və təlim şöbəsinin təşkilatçılığı ilə ölkə üzrə aqrar sahədə peşəkar təlimçilərin formalaşdırılması layihəsinə start verilib.
Bu ilin avqustun 1-dən başlayan layihə çərçivəsində aqrar sahənin əsas istiqamətləri üzrə 120 peşəkar təlimçinin hazırlanması nəzərdə tutulur. Bunun üçün ilk növbədə 220 nəfərdən artıq mütəxəssislə görüş keçiriləcək, namizədlərin motivasiya və təlimçilik bacarıqları dəyərləndiriləcək.
Artıq təlimçiliyə namizədlərlə görüşlərə başlanıb və ilkin seçim mərhələsi davam edir.
Seçim turundan sonra həmin mütəxəssislərə təlimçilər üçün təlim proqramı tədris olunacaq. Təlimlər yekunlaşdıqdan sonra hazırlanmış təlimçilər öz ilkin təlimlərini hazırlayacaq. Bu təlimlər peşəkar təlimçilər tərəfindən qiymətləndiriləcək.
Təlim və təhsil şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, layihənin məqsədi Kənd Təsərrüfatı Nazirliyinin təlimçi və təlim bazasını möhkəmləndirmək, aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış mütəxəssislər hazırlamaq, nazirliyin və fermerlərin gələcək təlim ehtiyaclarını daxili imkanlar hesabına təmin etməkdir.
Bununla yanaşı, layihə çərçivəsində nazirliyin agroinfo.az təlim portalının imkanlarının genişləndirilməsi, onlayn təlimlərin keçirilməsi də nəzərdə tutulub.
Layihə çərçivəsində həmçinin, yeni təlim qiymətləndirmə və dəyərləndirmə mexanizmi və təlimçilər üçün yaddaş kitabçası hazırlanacaq.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026