Yeni kredit qiymətləndirmə sistemi ilə aqrar kreditlər daha əlçatan olacaq
Azərbaycanda aqrar kreditlərin qiymətləndirilməsi üçün yeni sistem istifadəyə verilir. Sistem Aqrar Kredit və İnkişaf Agentliyi üçün AYİB və Aİ-nin dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb. AzALES (Azərbaycan Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sistemi) adlanan yeni alət aqrar sahədə risklərin daha yaxşı qiymətləndirilməsinə və kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verəcək.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov yeni mexanizmin hazırlanmasına 2015-ci ildən başlandığını, layihənin uğurla başa çatdığını bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatı sektorunda risklərin dəyərləndirilməsi maliyyə qurumları üçün çox vacibdir və AzALES banklara bu imklanları təqim edir.
“Kredit təşkilatlarında, xüsusilə rayon filiallarında kreditlərin qiymətləndirilməsi üzrə kifayət qədər təcrübəli mütəxəssislərin olmaması səbəbindən bu qurumlar riski üzərinə götürmək istəmir. Buna görə də ya fermerlərin aqrar kredit müraciətləri rədd edilir, ya qiymətləndirmə prosesi uzun sürərək, fermerin işini yubadır, ya da kreditin məbləğindən qat-qat artıq dəyərə malik daşınmaz əmlak girov tələb olunur. Bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının uzunmüddətli, etibarlı və sərfəli maliyyəyə çıxışına maneə yaradır. AzALES banklara riskləri daha yaxşı qiymətləndirməyə və kredit müraciətlərinə sürətlə baxmağa imkan verəcək”- deyə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.
Sistem fermerlərin maliyyəyə çıxışını asanlaşdırdığı kimi, kredit təşkilatlarına da işçi və resurslara qənaət, riskləri doğru qiymətləndirmək və yüksək müştəri xidmətləri imkanı verəcək.
Yeni sistem Aqrar Kredit və İnkişaf Agentliyinə müvəkkil kredit təşkilatlarının kredit müraciətçiləri ilə işləməsinə nəzarət mexanizmi də təqdim edir. “Biz fermerlərə kredit təşkilatlarının imtina səbəblərini izləmək imkanı qazanacağıq. Belə ki, AzALES Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən mərkəzləşdirilmiş qaydada idarə ediləcək və ölkənin bütün maliyyə sektoru üçün əlçatan olacaq” – Mirzə Əliyev deyib.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026