Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq sortları yarada biləcək. Bu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə birgə reallaşdırılmış layihə əsasında İnstituta hədiyyə edilən avadanlıqların köməyi ilə mümkün olacaq. 150 min avrodan artıq dəyərə malik avadanlıqlar molekulyar səviyyədə biotexnoloji tədqiqatların və analizlərin inkişaf etdirilməsinə imkan verəcək. Bununla yanaşı, pambıq sortlarının iqlimin qeyri-əlverişli şəraitinə qarşı davamlılığını vizual qiymətləndirmə bəzən yanlışlıqlara səbəb olduğu üçün yeni avadanlığın DNT analizi aparmaq xüsusiyyətlərindən istifadə ediləcək.
Aqrar Kredit və İnkişaf Agentliyinin AEBA ilə əməkdaşlıq əsasında həyata keçirdiyi “Xəstəliklərə, quraqlığa və duzluluğa davamlı mutant pambıq xətlərinin yaradılması” layihəsinin məqsədi quraqlıq və şoranlaşmaya, xəstəliklərə dözümlü, məhsuldar yeni pambıq növlərinin yaradılmasıdır. Layihə çərçivəsində mütəxəssislərin hazırlığı istiqamətində bir sıra addımlar atılıb, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər, təcrübə mübadilələri reallaşdırılıb, mütəxəssislər xaricdə təlim keçmək imkanı qazanıblar.
Qeyd edək ki, 2021-2024-cü illərdə Azərbaycanda nüvə texnologiyası tətbiq etməklə pambıqçılıqda məhsuldarlığın inkişaf etdirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında “Nüvə enerjisindən və digər üsullardan istifadə etməklə Azərbaycanda pambıq istehsalı üzrə Torpaq, Qida Maddələri və Su ilə bağlı Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrinin (GAP) gücləndirilməsi” layihəsinin həyata keçirilməsi də nəzərdə tutulub.
“Qusar Aqropark” qeydiyyata alınıb, rezidentinə qeydiyyat şəhadətnaməsi təqdim edilib
16 Sentyabr 2026
Azərbaycan Dövlət Aqrar Universitetində 15 Sentyabr – Bilik Günü qeyd olunub
15 Sentyabr 2026
Ağcabədidə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
15 Sentyabr 2026
Ağcabədidə Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib
15 Sentyabr 2026
Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir
15 Sentyabr 2026