Azərbaycanda brusellyoz xəstəliyinə qarşı aparılan mübarizə metodları ABŞ-ın Mikrobiologiya Assosasiyasının Atlanta şəhərində keçirdiyi “ASM Microbe -2018” konfransında təqdim edilib. Dünyanın müxtəlif ölkələrindən 8 mindən çox nümayəndənin iştirak etdiyi konfransda Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin mütəxəssisləri də iştirak edib. Tədbirdə Dövlət Xidmətinin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin heyvan sağlamlığı və baytarlıq xidmətləri subkomponentinin mütəxəssisləri “Azərbaycanda kənd təsərrüfat heyvanları arasında brusellyozun prevalentliyi” mövzusunda hazırladıqları materialların təqdimatını keçiriblər.
ABŞ-ın “Centers for Disease Control and Prevention” (Xəstəliklərin Nəzarət və Profilaktika Mərkəzləri), eləcə də Cənubi Koreya, İspaniya, Fransa, Çin, Banqladeş və s. ölkələrin nümayəndələri Azərbaycanda layihə tərəfindən brusellyoz xəstəliyinə qarşı aparılan mübarizə tədbirlərinə böyük maraq göstəriblər. Konfransda Gürcüstan, Ukrayna və Özbəkistanın nümayəndələri bu təcrübənin öz ölkələrində müzakirə edilməsi məqsədilə birgə seminarların keçirilməsini təklif ediblər.
Qeyd edək ki, Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində ölkə üzrə brusellyoza qarşı mərhələli seromonitorinq və kütləvi peyvəndləmə strateqiyasına əsasən mübarizəyə başlanıb. Ölkə üzrə bu təhlükəli xəstəliyin yayılma səviyyəsi müəyyənləşdirilib, heyvanlardan götürülmüş qan nümunələrinin serumu ayrılaraq serumbank yaradılıb, iri və xırdabuynuzlu heyvanlar arasında peyvəndləmə kampaniyası davamlı olaraq həyata keçirilir. Xırdabuynuzlu heyvanlar arasında uzun müddətli immunitet yaradan effektiv peyvənd hesab olunan Rev-1 konyuktival vaksini ilə və iribuynuzlu heyvanlar arasında ölkədə ilk dəfə olaraq konyuktival S-19 vaksini ilə peyvəndləmə aparılır.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026