Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumları tərəfindən işğaldan azad olunmuş Ağdam rayonunun Qərvənd kəndi ərazisində çəyirtkəkimilərə qarşı 41 hektar ərazidə müşahidə işləri aparılıb, 33 hektar ərazidə sirayətlənmə qeydə alınıb, 25 hektar ərazidə isə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Respublika ərazisində bu günə kimi çəyirtkəkimilərə qarşı ümumilikdə 120685.84 hektar sahədə müşahidələr aparılıb, 45749.87 hektar sahədə sirayətlənmə aşkar edilib və 17306.48 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Kimyəvi mübarizə tədbirləri Mikroneyr tipli ultra kiçik həcmli çiləyicilər üçün nəzərdə tutulan Chrysamed Dedex (t.m.-Alfa-sipermetrin) və traktor çiləyiciləri üçün nəzərdə tutulan Arrivo (t.m-Sipermetrin) preparatları ilə həyata keçirilib.
Bildiririk ki, Mərakeş çəyirtkəsinin sürfələri respublika ərazisində martın axırları və aprelin əvvəllərində görünməyə başlayır. Mühit şəraitindən asılı olaraq sürfələr 30-60 günə inkişafını başa çatdırır, yetkin dişilər isə 2-3 ay qidalanır, yumurta qoyaraq məhv olurlar.
Aqrar Xidmətlər Agentliyi fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda, dərhal Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya ( zərərsizləşdirmə) Mərkəzinin yerli qurumlarına məlumat versinlər.
Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
26 Aprel 2024
Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib
26 Aprel 2024
Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib
25 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağsuda vətəndaşları qəbul edib, təsərrüfatlara başa çəkib
25 Aprel 2024
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil ediləcək
25 Aprel 2024