Hacıqabul rayonunun Qubalıbaloğlan kənd sakini İsmayılov Mirkazım Seyidağa oğluna məxsus təsərrüfatda bir qrup sahibkar və kənd sakinlərinin iştirakı ilə “Quşlarda çiçək və nyukasl xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib.
Təlimdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin Hacıqabul Rayon Baytarlıq İdarəsinin rəisi Pünhan Zeynalov bildirib ki, cari ilin 9 ayı ərzində Hacıqabul rayonunda nyukasl xəstəliyinə qarşı 659 900 baş cavan quşlarda “La-sota” vaksini ilə, 445 280 baş yaşlı quşlarda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Təlimdə fermerlərə nyukasl və çiçək xəstəlikləri, xəstəliklərin etiologiyası, patogenizi, kliniki əlamətləri, davamlılığı və mübarizə tədbirləri barədə geniş məlumat verilib, həmçinin nyukasl xəstəliyinin diaqnostikası, profilaktikası və ləğvinin dövlət vəsaiti hesabına, çiçək xəstəliyinin isə vətəndaşın öz vəsaiti hesabına aparıldığı bildirilib. Eyni zamanda, ev quşlarının saxlanma və bəslənməsi və gözlənilməz infeksion xəstəliklərdən qorunmaq üçün əlavə tədbirlər barədə təsərrüfat sahibləri maarifləndirilıb.
Təlim zamanı bütün infeksion xəstəliklərdən qorunmaq məqsədi ilə quşçuluqda istifadə olunan damların, alətlərin, yem və su qablarının baytarlıq-sanitariya cəhətdən steril olması üçün vaxtlı-vaxtında dezinfeksiya və dezinseksiya işlərinin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, quşlar yemlənən zaman yemlərin tərkibində olan vitaminlərin və mineral maddələrin yemdə norması quşların tələbatına uyğun olaraq verilməlidir. Quşların saxlanılması zamanı vitamin və mineral maddələrin çatışmazlığı orqanizmin immun zəifliyinə səbəb olur ki, bu da müxtəlif infeksion və digər xəstəliklərin yoluxma riskini artırır.
Təlim geniş diskussiya və müzakirə şəraitində keçib.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026