Drondan fərqli məqsədlər üçün istifadə olunur. Demək olar ki, artıq dronlar dünyada gündəlik istifadə edilən texnoloji alətlərdən birinə çevrilib. Xarici ölkələrdə əkinçilikdə və heyvandarlıqda dronlardan istifadə hər gün artır. Dron və ya pilotsuz uçan aparat (PUA) bu gün elmin və texnikanın tətbiq sahələrinə geniş yol açıb. “Dron” sözü ingilis sözü “drone” sözündən götürülüb və bu da bortunda ekipajı olmayan uçan aparat deməkdir. Dronlar digər uçan aparatlara nəzərən xeyli ucuz olduğundan onlardan istifadə iqtisadi cəhətdən çox əlverişlidir. Hazırda dronların kənd təsərrüfatında tətbiqi daha üstün yer tutur və məhz kənd təsərrüfatında onların tətbiqi bu sahədə çox böyük inkişafa səbəb olub. Bu gün dronlardan kənd təsərrüfatının bir çox sahələrində müvəffəqiyyətlə istifadə olunur. Kənd təsərrüfatında tətbiq edilən dronlar əkin sahələrinin müxtəlif istiqamətlər üzrə monitorinqini aparmaqla, qısa müddət ərzində məlumatlar toplayıb sistemləşdirməyə və proqnozlar verməyə imkan verir. Dronlar əkin sahələrində üçölçülü xəritəçəkmə işlərini yüksək dəqiqliklə həyata keçirir, sahəyə verilən gübrənin bitki tərəfindən mənimsənilmə səviyyəsini müəyyən edə bilir, sahənin suvarılan və ya quraq qalan hissələrini təyin edir, becərilən bitkinin xəstəliklə sirayətlənmə səviyyəsini müəyyən edə bilir.
Dronlar aqrokimyəvi məhsulların və pestisidlərin bitkilər üzərinə çilənməsini çox dəqiqliklə həyata keçirir. Bir sözlə, dronların kənd təsərrüfatında tətbiqinin aşağıdakı üstünlüklərə malikdir: torpaq tədqiqatı və aqrotexniki tədbirlərin daha dəqiq aparılması; müşahidələrin aparılması üçün ayrılan zamana xeyli qənaətin edilməsi; nəqliyyat vasitələrindən istifadəyə xeyli qənaətin edilməsi; əkin sahələrində məşğul olan işçilərin sayını azaldaraq əmək haqqı fonduna qənaətin edilməsi; yeni texnologiyaların tətbiqi nəticəsində kənd yerlərində iş üçün gənc mütəxəssislərin cəlb edilməsi.
Ölkəmizdə ilk dəfə Ucar rayonunda çiləyici ilə təchiz edilmiş DJİ AGRAS MG-1P dronu vasitəsilə qırmızı tor gənəsinə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçrilib. Dron vasitəsilə kimyəvi mübarizə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun "Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası"nın elmi işçisi Etibar İbrahimov və "Bitki seleksiyası" şöbəsinin elmi işçisi Zöhrab Qəribov tərəfindən həyata keçirilib.
Mütəxəssislər hesab edirlər ki, pambıq sahəsində qırmızı tor gənəsinə qarşı kimyəvi mübarizədə ağır texnikanın əvəzinə drondan istifadə edilməsi məqsədəuyğundur.
Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb
30 Oktyabr 2026
Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş tədbir keçirilib
30 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
30 Oktyabr 2026
Sabirabadda “Aqrar sahədə dövlət dəstək mexanizm”ləri mövzusunda panel müzakirəsi və toxum sərgi-satış yarmarkası keçirilib
30 Oktyabr 2026
“Kənd təsərrüfatı işçiləri günü” münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
30 Oktyabr 2026