Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu və Dövlət Məşğulluq Agentliyinin tabeliyində olan Göyçay Peşə Hazırlığı Mərkəzi arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən görüləcək işlər müzakirə olunub.
Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev, Peşə hazırlığı və peşəyönümü departamentinin müdiri Fuad Mehdizadə və Göyçay Peşə Hazırlığı Mərkəzinin direktoru Əzizağa Atakişiyev Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna səfər ediblər.
İlkin mərhələdə aqrar sahədə ixtisaslı kadrların hazırlanması məqsədilə birgə “Meyvəçi usta” proqramı üzrə peşə hazırlığı kurslarının başlanması üçün təlim vəsaitlərinin çap olunmasına və institutun Göyçayda yerləşən Dayaq Məntəqəsində kiçik nümayiş bağlarının yaradılmasına dair razılığa gəlinib.
Əməkdaşlıq çərçivəsində Göyçay Peşə Hazırlığı Mərkəzinin müdavimləri institutun bir sıra layihələrinin icrasına qoşulacaq, işlə təmin olunacaqlar.
Qonaqlar biotexnologiya laboratoriyasına, istixana kompleksinə, təcrübə sahəsində yerləşən “Ağıllı bağ”a və tinglik sahələrinə baxış keçiriblər.
Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib
26 Aprel 2024
Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib
25 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağsuda vətəndaşları qəbul edib, təsərrüfatlara başa çəkib
25 Aprel 2024
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil ediləcək
25 Aprel 2024
Aqrar Sığorta Fondunun sədri Göyçayda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
25 Aprel 2024