Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun həyata keçirdiyi elmi ekspedisiya və tədqiqatların məqsədi respublikamızda emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, rəqabətqabiliyyətli milli brendlərin istehsalı, ixrac potensialının yüksəldilməsi üçün vaxtilə dünyada şöhrət qazanmış yüksək keyfiyyətli şərabların istehsalında qiymətli xammal mənbəyi olan yerli üzüm sortlarının toplanması, müasir sürətli üsullarla artırılaraq bərpa olunması və istehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsidir. Bununla əlaqədar olaraq institut əməkdaşları tərəfindən respublikanın müxtəlif regionlarındakı köhnə üzüm bağlarında və fermer təsərrüfatlarında sortların müəyyən edilərək, gələcəkdə əkin materialı tədarük edilməsi üçün tədqiqatlar davam etdirilir.
Növbəti ekspedisiya vaxtı ilə dünyanın üzüm kolleksiyasında keyfiyyətinə görə lider olmuş “Şirvanşahı” üzüm sortunun bərpası, artırılması, davamlı istifadəsi məqsədilə təşkil edilib. Mütəxəssislərdən ibarət qrup elmi-seleksiya işləri çərçivəsində sortun müəyyən edilərək gələcəkdə əkin materialı tədarük edilməsi üçün Kürdəmir rayonunun bir neçə kənd və qəsəbəsindəki köhnə üzüm bağlarına, fermer təsərrüfatlarına baxış keçiriblər. Müşahidələr zamanı məlum olub ki, çardaq sistemi ilə yanaşı xiyaban üsulu ilə də əkilib-becərilmiş, əsrlərdən bəri dövrümüzə gəlib çatmış yaşlı “Şirvanşahı” tənəkləri mövcuddur. İnstitutun mütəxəssisləri tərəfindən “Şirvanşahı” üzüm sortunun tənəkləri çubuq tədarükü zamanı həmin kollardan əkin materialı əldə etmək məqsədilə müəyyən edilərək etiketlənib. Nişanlanmış tənəklərin sayı və hər tənəkdən əldə ediləcək təqribi çubuq miqdarı qeydiyyat və uçot işlərində öz əksini tapıb.
Qeyd edək ki, “Şirvanşahı” sortu respublikada şərabçılıq üzrə milli brendlərin istehsalı məqsədilə xammal bazasının yaradılması və ixrac potensialının yüksəldilməsində zəngin texnoloji parametrlərə və imkanlara malikdir. Dünyada keyfiyyətinə və şəkərtoplama qabiliyyətinə görə yüksək qiymətləndirilir. Kürdəmirdə xiyabanlarda və talvarlarda noyabr ayının əvvəllərinə qədər saxlanılır. Bu vaxta qədər 33-37% şəkər topladığı təsdiq olunub. Göbələk xəstəliklərinə qarşı davamlılıq və dözümlülük nümayiş etdirir. Yüksək məhsuldar sortdur. Sort tipik texniki istiqamətlidir. Şirə çıxımı yüksəkdir. Sortun məhsulu yüksək keyfiyyətli kaqor tipli desert şərabının alınması üçün qiymətli xammaldır.
AFAQ layihəsi çərçivəsində Zəngilan rayonunda qadın fermerlərə dəstək göstərilib
19 Mart 2024
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Üzümçülük və Şərabçılıq Elmi - Tədqiqat İnstitutunda yaşıllaşdırma tədbirləri həyata keçirilir
18 Mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Ağcabədidə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
15 Mart 2024
Aqrar sığorta ekspertlərinə ödənilən xidmət haqları artırılıb
15 Mart 2024
Masallıda Aqrar Biznes Festivalı keçirilib
14 Mart 2024