Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzində “Quşlarda çiçək və nyukasl xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda quşçuluqla məşğul olan fermerlərə praktiki təlim keçirilib. Təlimdə 11 fermer iştirak edib.
Təlim Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Neftçala Rayon Baytarlıq İdarəsinin rəisi vəzifəsini icra edən Alim Rüstəmov və rəis müavini, epizootik həkim Sərraf İsmayılov tərəfindən aparılıb. Təlimçilər quşçuluğun əhəmiyyəti barədə fermerlərə məlumat verib. Təlimçilər quş ətinin və yumurtasının insanlar üçün əsas qida məhsulları olduğunu qeyd ediblər.
Təlimdə quşlar arasında baş verən infeksion xəstəliklər barədə məlumat verilib. Bildirilib ki, quşçuluğa ən çox zərər verən infeksion xəstəliklərdən biri də “nyukasl” xəstəliyidir. Qeyd olunub ki, “nyukasl” xəstəliyi toyuq cinsindən olan quşlar arasında kütləvi ölümə səbəb olur. Bu xəstəlikdən ev quşlarını qorumağın ən etibarlı yolu vaxtında peyvəndləmə aparılmasıdır. Belə ki, 1-2 həftəlik cücələr “La-sota”, 2 aylıqdan yuxarı olan quşlar isə “H” vaksini ilə peyvənd olunmalıdır.
Tədbirdə quşların çiçək xəstəliyi barədə də danışıb. Bildirilib ki, çiçək virus mənşəli xəstəlikdir. Bu xəstəlik ev quşları arasında tələfata və məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. Çiçək xəstəliyinin klinik əlamətləri, yoluxma yolları və xəstəlikdən qorunma yolları haqqında təlim iştirakçılarına məlumat verilib. Xəstəlikdən qorunmağın ən etibarlı yolunun vaksinasiya olduğu vurğulanıb.
Həmçinin təlimdə fermerlərə bildirilib ki, peyvəndləmə mütləq baytar həkimlər tərəfindən aparılmalı, eyni zamanda ev quşlarını xəstəliklərdən qorumaq üçün baytarlıq-sanitariya normalarına əməl olunmalıdır.
Təlimin sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026