Ölkə üzrə 177725 hektar sahədə yay şumu aparılıb

Bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumunun aparılması davam edir. İyunun 6-dək ölkə üzrə 177725 hektar sahədə yay şumu aparılıb. Yay şumu aparılan sahələr növbəti il üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 19,3 faizini, biçin başa çatmış ərazilərin isə 35,12 faizini təşkil edir.

Biçilmiş sahələrdə ən şox yay şumu Neftçala (75.3%) , Zərdab (67.9%), Samux (57.9%), Şabran (42.3%), Hacıqabul (41.4%), Bərdə (37.1%), Kürdəmir (35%), Salyan (31.9%), Qax (30.1%), Ağsu (28.7%) və Ağcabədi (25.3%) rayonlarında aparılıb.  rayonlarında aparılıb.

Yay şumu davam edir.