Qax rayonunda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Azərbaycan Respublikasında qərzəkli meyvə bitkilərinin mövcud vəziyyəti və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, həmçinin 6 rayondan bu sahə ilə məşğul olan 240 fermer iştirak edib.
Tədbiri giriş sözü ilə açan Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev deyib ki, ölkə iqtisadiyyatında aqrar sahə xüsusi rola malikdir. İcra başçısı qeyd edib ki, qərzəkli meyvə bitkilərinin inkişafı üçün mütərəqqi tədbirlər görülüb və bu tədbirlər davam etməkdədir.
Kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il aqrar sahənin inkişafı ilə bağlı fərman və sərəncamlar imzalayır. Azərbaycan dövləti fermerlərə əsaslı və geniş dəstək tədbirləri göstərir. Aqrar sahədə xüsusi rola malik meyvəçilik, xüsusilə qərzəkli meyvəçiliyin inkişafı mühüm əhəmiyyətə malikdir. 2018-ci ildə Azərbaycanda 1 milyon tondan çox meyvə və giləmeyvə istehsal olunub ki, bu da Azərbaycanın müstəqillik tarixində ən yüksək göstəricilərdəndir. Bununla belə səmərəli istifadə yolu ilə bu sahədə məhsuldarlıq daha da artırılmalıdır”.


Nazir ölkədə qərzəkli meyvə bitkilərinin inkişafı, hədəflər və perspektivlər barədə məlumat verib.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev “Azərbaycanda qərzəkli meyvə bitkilərinin inkişafı ilə bağlı 2019-cu təsərrüfat ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, “Ata-Baba Fındıq İstehsal” kooperativinin sədri Azər Əliyev fındıqçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər.
Müşavirədə gübrə, dərmanlarla təminat, qərzəkli meyvə bitkilərinin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.
Tədbirdə ölkədə qərzəkli meyvəçiliyin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi keçirilməsi qərara alınıb.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026