Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qobustan rayonunda növbəti innovasiya festivalı keçirilib. Festivalda Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, “AMEA-nın Elm və Texnologiya Parkı” MMC, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və bir sıra şirkətlər öz məhsul və innovativ texnologiyalarını nümayiş etdirib.
Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin ərazisində təşkil olunan festivalda Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları tərəfindən intensiv bağçılığa yararlı əkin materialları, in-vitro şəraitində yetişdirilən meyvə və tərəvəz nümunələri, üzümün emal məhsulları, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, heyvanlarda mövcud olan bir sıra xəstəliklərin diaqnozunun müəyyənləşdirilməsi üçün analiz testləri və bir sıra kənd təsərrüfatı texnikalarının təqdimatı olub. Festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti göstərilib, nümayiş olunan innovativ texnologiyaların iş prinsipi və onlardan istifadənin üstünlükləri barədə məlumat verilib.
Bununla yanaşı festivalda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) təşəbbüsü ilə (GlobalGAP) Qabaqcıl kənd təsərrüfatı təcrübələri standartlaşdırma sistemi təlimi və “A+A” Security şirkətinin mütəxəssisləri tərəfindən ağıllı kənd təsərrüfatı sistemləri barədə məlumat sessiyası keçirilib.
Eləcə də festivalda aqro dronların idarəedilməsi ilə bağlı Türkiyənin “Sapmaz Havacılık və İleri Teknolojiler” şirkətinin mütəxəssisləri tərəfindən keçirilmiş təlimlərdə iştirak edən mütəxəssislərə sertifikat və müvafiq vəsiqə təqdim olunub.
Festivalda iştirak edən fermerlər innovativ suvarma metodları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, günəş panelləri, həmçinin yüksək qidalılıq və məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri ilə tanış olublar.
Nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir
14 Noyabr 2026
Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub
14 Noyabr 2026
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib
13 Noyabr 2026
Mövsümün son toxum sərgi-satış yarmarkası Kürdəmir rayonunda keçirilib
13 Noyabr 2026
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik üzrə təlim keçirilib
13 Noyabr 2026