Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda yerli mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və müasir metodların tətbiqinin sürətləndirilməsi və mənimsənilməsi məqsədilə Türkiyənin Ərciyəz Universitetindən dəvət olunmuş ekspertlər tərəfindən intensiv təlimlər həyata keçirilir.
Təlimlərin əsas məqsədi tərəvəzçilikdə seleksiya işlərinin elmin son metodlarına uyğun olaraq həyata keçirilməsidir. Müasir metodlardan istifadə etməklə seleksiya prosesinin həyata keçirilməsinin ömrünü bir neçə dəfə qısaltmaq və daha keyfiyyətli, stres faktorlarına daha dözümlü sort və hibridlər yaratmaq mümkündür.
Təlimlər iki istiqamət üzrə həyata keçirilir. Təlimlərin birinci istiqaməti in Vitro şəraitdə, yəni biotexnoloji üsullardan istifadə etməklə müxtəlif tərəvəz bitkilərində- pomidor, badımcan, bibər, yemiş, qarpız, və qabaq- embrion kulturasının tətbiqi ilə haploid bitkilərin alınmasından ibarətdir.
Təlimlərin ikinci istiqaməti yerli sortlarda xəstəlik və zərərvericilərin molekulyar-genetik üsullarla tədqiqi prosesi, nuklein turşusunun bitkidən ayrılması, PCR analizləri və alınmış nəticələrin elektrofarez olunması üsulu ilə aşkarlanmasını özündə ehtiva edir. Genetik markerlərin oxunması seleksiya işinin daha da sürətləndirilməsini və sort nümunələrinin genetik xüsüsiyyətlərinin tədqiq olunmasını asanlaşdıran bir prosesdir.
Təlimlər cari ilin dekabr ayının 1-dən başlayıb və 22 dekabr tarixinə qədər davam edəcəkdir.
Cəlilabad və Biləsuvarda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirilib
10 Iyul 2026
İlin ilk yarısında dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlanıb
10 Iyul 2026
AXA sədri Sərdar Hacıyev Astara rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
09 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
09 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
09 Iyul 2026