Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə respublikamızın iri şərabçılıq müəssisələrindən biri olan “Abşeron-Şərab” ATSC arasında elmi əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Müqavilədə innovativ elmi nəticələrin istehsalata tətbiqi, elmi-tədqiqat müəssisələləri ilə özəl sektor arasında sıx əməkdaşlığın qurulması nəzərdə tutulub.
Müəssisələr arasındakı əməkdaşlıq nəticəsində doktorant və dissertantların bilik və bacarıqlarının daim artırılması məqsədilə kadr hazırlığını təşkil etmək, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərmək, elmi kadrların mübadiləsi, gənc kadrlar üçün qısa və uzunmüddətli təlimlərin təşkili, yüksək keyfiyyətli milli şərab brendlərinin istehsalı məqsədilə Azərbaycanın yerli üzüm sortlarının (Mədrəsə, Xindoqnı, Bayanşirə, Şirvanşahı, Həməşərə və s.) biokimyəvi, texnoloji göstəricilərinin müasir metodlar əsasında öyrənilməsi, onların artırılması və becərilməsinin həyata keçirilməsi nəzərdə tutulur.
Əldə olunmuş razılığa əsasən, müəssisələrə məxsus laboratoriya və təsərrüfat sahələrində əməkdaşlıq çərçivəsində birgə layihələrin hazırlanması, istehsalat təcrübələri və təlimlərin təşkil edilməsi, tədqiqatların qabaqcıl metodlarının inkişafı və tətbiqi üzrə təcrübə mübadiləsi, beynəlxalq innovasiyaların tətbiqi və təşviqatı məqsədilə birgə maraq doğuran seminarların, sərgilərin təşkili, beynəlxalq dequstasiyaların keçirilməsi, şərabçılıq məhsulları üzrə normativ-texniki sənədlərin hazırlanmasında iştirak qərara alınıb.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimovla “Abşeron-Şərab” ATSC İdarə Heyətinin sədri Xəlil İsmayılov arasında aparılmış müzakirəyə əsasən, gələcəkdə şərabçılıq məhsullarının (süfrə, kəmturş, kəmşirin və desert şərablarının, konyakların və digər alkogollu məhsulların) yeni istehsal texnologiyalarının işlənib hazırlanması, mövcud olanların təkmilləşdirilməsi, rəqabətə davamlı yeni içki növlərinin istehsalı? sınağı və tətbiqi, üzümçülük və şərabçılıq tullantılarının üzvi maddələrlə, o cümlədən müalicəvi, kosmetik bioloji aktiv maddələrlə zəngin olduğunu nəzərə alaraq, onlardan üzüm yağı alınmasının elmi əsaslarla təşkili həyata keçiriləcək.
Sonda institut əməkdaşları müəssisənin laboratoriyasına baş çəkərək avadanlıqlarla və aparılan analizlərlə tanış olublar.
Azərbaycan Aqroturizm Assosiasiyası yaradılıb
02 Iyun 2023
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri davam etdirilir
02 Iyun 2023
“Aqroservis” ASC taxıl biçininə hazırlıqla bağlı mexanizatorlarla görüşləri uğurla yekunlaşdırıb
01 Iyun 2023
Aqrar Sığorta Fondu: Güclü leysan və qasırğa nəticəsində sığortalı fermerlərə dəymiş zərər ödəniləcək
01 Iyun 2023
3-4 iyun tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək
01 Iyun 2023