Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq 14 may 2022-ci il tarixində saat 11:00-da Xaçmaz rayonunda aqrar sahənin inkişafına yönəlmiş “Yaz festivalı” keçiriləcək. Festivalda Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, alimlər, fermerlər, kənd təsərrüfatı istehsal vasitələrinin satışı ilə məşğul olan sahibkarlar, müxtəlif şirkətlərin nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak edəcəklər.
Festivalın keçirilməsində məqsəd kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstək məqsədilə müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçılarına öz məhsullarını nümayiş etdirmək, fermerlərin bu məhsullara əlçatanlığını təmin etmək və fermer və sahibkarlar arasında işgüzar əlaqələrin qurulmasıdır.
Bu məqsədlə Aqrar Xidmətlər Agentliyi festivala qatılmaq istəyən yerli və xarici şirkətləri, sahibkarları, media nümayənələrini, eləcə də qonaq qismində hər bir kəsi dəvət edir. Bildiririk ki, iştirakçıların rahatlığını təmin etmək məqsədilə Bakı şəhərindən və müxtəlif bölgələrdən festivalda iştirak edən vətəndaşlar üçün ödənişsiz şəkildə nəqliyyat vasitələri təşkil ediləcək və xüsusi endirimli hotellərlə təmin ediləcək.
Tədbirdə həmçinin qonaqlar üçün əyləncə proqramı, kənd təsərrüfatı şirkətlərinin təqdimatı, ödənişsiz kulinariya nümunələri təqdim ediləcək, yeni növ “Bahar” çörəyinin təqdimatı, paytaxt və Xaçmaz brendləri ilə tanışlıq, festival iştirakçılarından təamlar, bir sıra mədəni–etnoqrafik tədbirlər təşkil ediləcək.
Festival çərçivəsində ölkə vətəndaşlarının həvəsləndirilməsi və istedadlarının inkişafına dair “Bahar” mövzusu üzrə əlavə olaraq dörd müsabiqə (Mən “Baharı çəkirəm” adlı yaradıcılıq müsabiqəsi, “Bahar gəldi” fotomüsabiqəsi“, “Bahar 22” müsabiqəsi “Nərd” çempionatı) keçiriləcək və yaxşıların ən yaxşısı seçiləcək. Hər müsabiqə üzrə qaliblər mükafatlandırılacaq.
Müasir Suvarma Sistemlərinin tətbiqi üzrə təlim proqramı baş tutub
20 May 2022
“Caspian Agro 2022” sərgisi çərçivəsində “İqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri” mövzusunda müzakirələr aparılıb
19 May 2022
Belarus Respublikasının Baş naziri Roman Qolovçenko “Caspian Agro 2022” sərgisini ziyarət edib
19 May 2022
“Caspian Agro 2022” çərçivəsində İsraildə 11 aylıq aqrar təcrübə keçəcək mütəxəssilərlə görüş keçirilib
19 May 2022
15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi çərçivəsində panel sessiyalar keçirilib
18 May 2022