Noyabrın 11-də kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Qana Respublikasının Ticarət, Aqrobiznes və Sənaye Nazirliyinin baş direktoru və inzibati rəhbəri Noah Tumfonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə hər iki ölkənin kənd təsərrüfatı və aqrar idarəetmə sahəsində fəaliyyət göstərən dövlət qurumlarının əsas fəaliyyət istiqamətləri və həyata keçirilən tədbirlər barədə müzakirələr aparılıb. Tərəflər aqrar sektorun inkişafı, dövlət qurumları arasında institusional əlaqələrin gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi imkanları nəzərdən keçirib.
Görüş zamanı aqrar sahədə özəl sektorun iştirakının genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində aqrar sektorda davamlı inkişafın təmin edilməsi, eləcə də iki ölkənin biznes subyektləri arasında əlaqələrin qurulması barədə fikir mübadiləsi aparılıb. Kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının təşviqi, iki ölkənin biznes subyektləri arasında təcrübə mübadiləsinin inkişaf etdirilməsi, eləcə də elmi-tədqiqat institutları arasında əlaqələrin qurulması və birgə elmi araşdırmaların aparılması imkanlarının əhəmiyyəti vurğulanıb. Bu baxımdan, ölkəmizdə hər il keçirilən “Caspian Agro” sərgisinin yeni işgüzar əlaqələrin qurulması və birgə biznes təşəbbüslərinin formalaşdırılmasında rolu xüsusi vurğulanıb.
Fermer və təsərrüfatlara 1,9 milyon manata yaxın aqrar sığorta ödənişi edilib
11 Noyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdərədə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
06 Noyabr 2026
Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
06 Noyabr 2026
“Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi və toxum sərgi-satış yarmarkası Yevlax rayonunda keçirilib
06 Noyabr 2026
Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib
05 Noyabr 2026