Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 15 Sentyabr – Bilik Günü münasibətilə tədbir təşkil olunub.
Gəncə Dövlət Aqrar Kollecində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Universitetin rektoru Zəfər Qurbanov professor-müəllim və tələbə kollektivini Bilik Günü münasibətilə təbrik edərək, yeni dərs ilinin həm müəllimlər, həm də tələbələr üçün uğurlu və məhsuldar olmasını diləyib. Rektor bildirib ki, bu il Universitetə tələbə qəbulu 98% təşkil edib.
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxışında diqqətə çatdırıb ki, dövlətin təhsilə qayğısı nəticəsində ADAU-nun maddi-texniki bazası hər il daha da gücləndirilir. Nazir müavini ali təhsil müəssisəsinə yeni qəbul olan tələbələri təbrik edərək, onları gələcəyin dayanıqlı kənd təsərrüfatı mütəxəssisi olmaları yolunda uğurlar arzu edib.
YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov da çıxış edərək müəllim və tələbə kollektivinə təbrikini çatdırıb.
Sonra Universitetin I kurs tələbəsi Aysu Həsənova çıxışında Aqrar Universitetdə keyfiyyətli tədris, peşəkar müəllim kollektivi və geniş təcrübə imkanlarının olmasının onun seçimində üstünlük verdiyi əsas amillərdən biri olduğunu bildirib.
Sonda yüksək bal toplayan bir qrup tələbəyə qiymətli hədiyyələr və tələbə biletləri təqdim olunub.
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026