Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Qurban bayramı günlərində fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirəcək.
Bayram dövründə əhaliyə göstərilən baytarlıq xidmətlərinin operativ və təhlükəsiz təşkili, heyvan sağlamlığının qorunması, eləcə də sanitariya-gigiyena tələblərinə əməl olunmasının təmin edilməsi məqsədilə Agentlik tərəfindən respublikanın bütün bölgələrində diri heyvan satış yerlərində və kəsim məntəqələrində baytar mütəxəssislər təhkim olunub.
Müvafiq qurumlarla koordinasiyalı şəkildə müəyyən edilmiş diri heyvan satış və kəsim məntəqələrində baytarlıq-sanitariya nəzarəti və heyvanların kliniki müayinələri həyata keçirilir. Baxış zamanı heyvanların sağlamlıq vəziyyəti yoxlanılır, xəstəlik əlamətləri müşahidə olunduqda isə operativ baytarlıq yardımı göstərilir.
Eyni zamanda, diri heyvan satış yerlərində və kəsim məntəqələrində dezinfeksiya tədbirləri gücləndirilib. Qurban bayramından əvvəl və bayram günlərinin sonunda dezinfeksiya işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə xüsusi dezinfeksiya vasitələri və texniki avadanlıqlar ərazilərə cəlb olunub.
Hazırda Bakı şəhəri Seyid Cəfər Pişəvari 2A ünvanında təşkil olunmuş diri heyvanların satış yerlərində bayramdan öncə ərazidə dezinfeksiya tədbirləri həyata keçirilir. Bayramdan sonra da tədbirlər davam etdiriləcəkdir.
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
10 Iyun 2026
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026